Menu
Geri İrəli

Martirosyan: Azərbaycanda özümü gözəl hiss edirəm

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2015 • Baxış sayı: 378 dəfə • Şərh yoxdur
Share Button

DSC_4038

“Ermənilərin 90%-i Qarabağdan xilas olmaq istəyir”.

Bunu özümə ismarıc və xəbərdarlıq kimi qiymətləndirirəm. Onlar insanlarla alçaq çaqqallar kimi davranrlar və bu onlara xas xüsusiyyətdir. Onlar gözəl bilirlər ki, sentyabrın 18-də keçirilmiş mətbuat konfransında və müsahibəmdə malik olduğum iformasiyanın prinsipcə 10 faizini dedim və bütün məsələlərə səthi toxundum.

Onlar həmişə belə hərəkət ediblər. Mənim başa düşməyim, bildiyim informasiyanı yaymamağım və susmağım üçün avtomobillə 70 yaşlı qadını vurdular, indi onun ağır sınığı var.

Bu barədə Trend-ə müsahibəsində Azərbaycandan siyasi sığınacaq istəmiş Vaan Martirosyan oktyabrın 7-də İrəvanda anasının avtomobillə vurulmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bundan əvvəl isə təqaüdə çıxma bəhanəsilə qayınanasını işdən qovublar.

“Hərçənd 52 yaş bizdə pensiya yaşı hesab edilmir,qanuna görə qadınlar üçün pensiya yaşı 63-dür. Bunula yanaşı, hərəkatımın üzvlərinə də təzyiq göstərilib”, – deyə, o, bildirib.

Martirosyanın sözlərinə görə, o və ailə üzvləri özlərini Azərbaycanda gözəl hiss edirlər.

“Gözəl insanlar, gözəl şəhər, bizə münasibət normaldır və hətta burada yeni dostlarım var”, – deyə, o, bildirib.

Martirosyanın sözlərinə görə, o, Sarkisyan qruplaşmasının cinayət əməlləri haqqında bütün həqiqətləri bilir və bu qruplaşmanı yalnız banda adlandıra bilər:

“Bandaya onun özü, qohumları, ona yaxın olan insanlar, eləcə də keçmişdə və hazırda da hakimiyyətdə təmsil olunan insanlar başçılıq edirlər”.

Martirosyanın sözlərinə görə, Ermənistan xalqı nəinki müharibəyə hazır deyil, həm də bunu istəmir.

“Ermənistan ordusu çökür. Əgər bu gün Ermənistanda referendum keçirilsə və insanlar həqiqəti deməyə qorxamasalar, o zaman ermənilərin 90 faizi, xüsusilə Yerevanda çoxdan belə düşünür ki, bu sözü demək istəmirəm – Qarabağdan xilas olmağın lehinə səs verəcək.

Çünki onların uşaqları bir neçəil ərzində orada ölüblər. Orada xeyli sayda qeyri-döyüş şəraitində ölü var, nizamnamədən kənar münasbitlər mövcuddur, əsgərlər arasında xeyli sayda intihar halları baş verir, zabitlərə və ya bir-birinə atəş açma halları qeydə alınır”, – deyə, o, bəyan edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın