Menu
Geri İrəli

Masallı rayonunda gənclər üçün nəzəri və praktik təlim kuru keçirildi

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 145 dəfə • Şərh yoxdur

 

     Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT)

  Azerbaijan Democratic Student & Youth Organization (ADSAYO)

07.09.2015                                                                                                                              

 Mətbuat üçün açıqlama № 044

 

Masallı rayonunda gənclər üçün nəzəri və praktik təlim kuru keçirildi

Qeyri-hökumət təşkilatları (QHT) ilə biznes strukturlarının sosial fəaliyyət sahəsində işgüzar əməkdaşlığı olaraq, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) dünyaca məhşur “Schneider Elektrik” Şirkətinin sifarişi və maliyyə dəstəyi ilə 2015-ci ilin avqust-sentyabr aylarında regionlarda gənclərin maariflənməsi, ilkin peşə hazırlıqlarına, nəzəri və praktik biliklərə yiyələnməsini özündə əks etdirən təlim kurslarına başlamışdır.

Təlim kursları pilot olaraq, Azərbaycanın 3 – Şəmkir, Bərdə və Masallı rayonlarında hər birində 3 gün olmaqla, hər rayonda 2 qrup üzrə, ümumilikdə 150 region gəncinin maariflənməsini, peşə hazırlıqlarına, nəzəri və praktik biliklərə yiyələnməsini nəzərdə tutur. “Elektrik enerjisinin əsaslarına dair” adlı təlim kurslarında region gənclərinə elektrik enerjisi, sistemi, avadanlıqları, onlarla təhlükəsiz, etibarlı, səmərəli davranma, onların işlənmə, texniki xidmət göstərmə qayda və normalarını öyrətmək planlaşdırılır. Bu da öz növbəsində təlim almış gənclərin öz ailəsində, ətrafında və əhatə dairəsində əldə etdiyi bilik və təcrübi bacarıqlarını praktik tətbiq etməsinə imkan yaradacaqdır.

Təlimlər nəticəsində gənclərin ilkin peşə hazırlıqlarına yiyələnməsi, praktik təcrübədən bölgələrdə istifadə etmək imkanları onlara gələcəkdə öz professionallıqlarını artırmağa, mühəndis ixtisasları üzrə yüksək təhsil almalarına, ixtisaslaşmağına böyük maraq və stimul olacaqdır.

Növbəti təlim kursu Masallı rayon Heydər Əliyev Mərkəzində keçirildi. Açılışda “Schneider Elektrik” Şirkətinin məsul əməkdaşı Elbəy Rüstəmov, Masallı rayon icra hakimiyyətinin baş məsləhətçisi Qəşəm Hadıyev, rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, rayon Veteranlar Şurasının sədri Məmmədağa Şirinov və ADTGT sədri Asif Əsgərli iştirak etdilər. Rəsmi açılışdan sonra təlimçi, Dr. Zakir Həsənov tərəfindən interaktiv metodlarla nəzəri və praktik təlimlərə başlanıldı.

3 gün davam edəcək təlim kursunun yekununda iştirakçılara “Scheider Elektrik” Şirkəti tərəfindən sertifikatlar verildi və şirkət hədiyyə olaraq onları çap materialları və texniki vasitələrlə təmin edəcəkdir.

 ADTGT ictimai əlaqələr

və informasiya departamenti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın