Menu
Geri İrəli

“Masazırda tikilən evlər köçürülməlidir” – Qurban Yetirmişli

Müəllif: Sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2015 • Baxış sayı: 230 dəfə • Şərh yoxdur

55b3f70b75d2“Prezident İlham Əliyevin tapşırığı ilə zəlzələ baş verən ərazidə tədqiqatlar aparılıb”.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Şəkidə baş verən zəlzələ və zəlzələdən sonra ərazidə aparılan monitorinqin ilkin nəticələrinə dair keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, 4 sentyabrından sonra 50-dən çox təkan baş verib. Ancaq həmin zonada 7 bal və yuxarı gücdə zəlzələ baş verməsi ehtimalı sıfra bərabərdir:

“Zəlzələ hətta Bakıda, Lənkəranda, Naxçıvanda hiss olunub, bu da dərinliklə, qırılmalarla bağlıdır. Güclü zəlzələ olduğu üçün proses ocaqda birdən-birdə sönməyəcək. 16 km dərinliklə sol tərəfli yerdəyişmə, qırılıb qalxma baş verib. Böyük sıxılma nəticəsində yerdəyişmə olub. Orada güclü enerji ayrılması artıq baş verib. Əhali qorxmasın, Bakıda 2000-ci ildə baş verən zəlzələdən sonra da müxtəlif yerlərdə 3-5 ballıq zəlzələlər olmuşdu”.

Bu zəlzələnin digər zəlzələ ocaqlarını oyadıb-oyatmaması ehtimalına gəlincə isə alim bildirib ki, bu mümkündür:

“Şəkidə baş verən zəlzələnin zəlzələ ocaqlarını oyatmaq ehtimalı ola bilər. Elə zonalar var ki, gərgin vəziyyətdədir. Məsələn, Şamaxı-İsmayıllı zonası ən aktiv zonadır, gərgin vəziyyətdədir, ən çox təkanlar da bu zonada olur. Bu zona yüksək aktivliyə malikdir. Bu zonada tarixən faciəli zəlzələlər olub. Ancaq bu sahədə dəqiq proqnoz vermək mümkün deyil, əhalini də yersiz təlaşa salmağa ehtiyac yoxdur”.

Q.Yetirmişli, həmçinin qeyd edib ki, bu ilin yanvarın 1-dən bu günə kimi Azərbaycanda 3 128 zəlzələ qeydə alınıb.

Q. Yetirmişli həmçinin Masazırda qır yatağı üzərində lap təhlükəli zonada tikilən evlər və binaların köçürülməli olduğunu bildirib: “Masazırda qır yatağı üstündə evlər, binalar tikiblər. Tədqiqat apardıq, ən gərgin sahələri aşkarladıq. Yəqin ki, dövlət qurumları tərəfindən lazımi addımlar atılacaq”.

Qeyd edək ki, sentyabrın 4-də Şəkidə 7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar respublikanın rayonlarında 3-6 bala qədər hiss olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın