Menu
Geri İrəli

Mərkəzi Bank: Kredit kartlarından istifadə azaldı

Müəllif: Sumqayitxeber.com • Tarix: 4 Noyabr 2015 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

kredit kartBank məlumat yaydı.

2015-ci ilin oktyabrın 1-nə olan məlumatına görə, kredit kartlarının ümumi sayı cari ilin əvvəli ilə müqayisədə 13% azalaraq 1 milyon 133 min ədəd təşkil edib.

sumqayitxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) III rübün 1-ci nəticələrinə həsr olunan statistik göstəricilər bülletenində qeyd edilib.

AMB-dən qeyd edilib ki, bu müddətdə ölkədə dövriyyədə olan cəmi ödəniş kartlarının sayında 5,3% azalma müşahidə olunub.

Hesabata əsasən, ödəniş kartlarının 42%-i və ya 2 milyon 386 min ədədi  sosial kartlar, 26%-i və ya 1 milyon 471 min ədədi  əmək haqqı kartları,11,6%-i və ya 657 min ədədi digər debet kartları, 20,1%-i və ya 1 milyon 133 min ədədi isə kredit kartlarının payına düşüb.

AMB –dən onu da bildiriblər ki, ilin əvvəli ilə müqayisədə sosial kartların sayında 1,7% azalma, əmək haqqı kartlarında isə 1,9% artım qeydə alınıb.

Bundan başqa, bankdan qeyd ediblər ki, sentyabr ayında ölkədə kredit kartları ilə ümumilikdə 179 milyon manat həcmində 1 milyon 462 min əməliyyat həyata keçirlib.

Ülviyyə R. Əli

Facebook Şərhləndirmə:

Şərhinizi yazın