Menu
Geri İrəli

Mərkəzi Bankdan dollar – AÇIQLAMASI

Müəllif: Sumqayitxeber.com • Tarix: 22 Avqust 2015 • Baxış sayı: 379 dəfə • Şərh yoxdur

us_dollar_notes2_800x533_L_1411908754AMB məlumat yayıb.

Son günlər Azərbaycanın valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə məlumatlar yayılıb.

Bununla əlaqədar Azərbaycan Respulikası Mərkəzi Bankı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən Oxu.Az daxil olan məlumatı təqdim edirik:

“Həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər.

Eyni zamanda bildiririk ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş filial şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcəklər.

Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır.

Eyni zamanda bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın