Menu
Geri İrəli

Metroda ticarət obyektləri bağlanır – ETİRAZ AKSİYASI

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2014 • Baxış sayı: 868 dəfə • Şərh yoxdur

metroBakı metrosunda ticarətlə məşğul olan sakinlər obyektlərinin sökülməsinə etiraz ediblər. 

“Xeberdar.az” xəbər verir ki, hazırda Metronun Elmlər Akademiyası stansiyasına ticarətçilər hücum edib. Onlar öz ticarət obyektlərinin əllərindən alınması ilə bağlı etiraz edirlər.

Gənclik metrosundan Əzizbəyova qədər olan bütün stansiyalarda ticarət obyektlərinin sökülməsi ilə bağlı göstəriş verilib.

Ticarətçilər aylıq 900 manata qədər kirayə haqqını ödədiklərini və yanvar ayından 1500 manat tikinti üçün pul verdiklərini deyiblər. Lakin indi onların ticarət obyektləri əllərindən alınır. Buna etiraz olaraq onlar Elmlər Akademiyası metrosunda toplaşıblar.

Elmlər Akademiyası metrosu hal-hazırda polis nəzarətinə götürülüb.

“Qafqazinfo” xəbər verir ki, metro keçidlərində yerləşən ticarət mərkəzləri uzun illərdir ki, fəaliyyət göstərir. Bu ticarət obyektlərinin sahibi Metropolitenin bir neçə həftə əvvəl vəzifəsindən azad olunan Tağı Əhmədovdur. Keçidlərdəki köşklər, oradan yığılan böyük məbləğlərdə kirayə haqları ilə bağlı dəfələrlə mətbuatda xeyli yazı dərc olunub və qeyd olunurdu ki, həmin vəsaitlər birbaşa Tağı Əhmədovun gəlirləri sırasına daxildir.

İndi isə görünür ki, Metropolitenin yeni rəhbərliyi yeraltı dünyanı öz nəzarətinə götürmək, yaxud da uzun illərdən bəri mövcud olan bu bazarları ləğv etmək, qayda-qanun, səliqə-sahman yaratmaq istəyindədir. Hər halda sədrin niyyətinin nədən ibarət olduğu yaxın günlərdə məlum olacaq.

İslamazeri.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarından başlayaraq, Bakı Metropoliteninin “Gənclik”, “Qara Qarayev”, “20 Yanvar”, “Neftçilər” və “Nəriman Nərimanov” stansiyalarında dükanların söküntüsunə start verilib.

Bu barədə sahibkarlara xəbərdarlıq edilib. Sahibkarlar martın 31-nə kimi icarə haqqını ödədiklərini desələr də, bu heç bir fayda verməyib. Buna görə də, onlar “Elmlər Akedemiyası” stansiyasına toplaşaraq, etiraz edəcəklərini bildiriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın