Menu
Geri İrəli

Milli Qəhrəmanla Sumqayıtda görüş keçirildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Fevral 2014 • Baxış sayı: 430 dəfə • Şərh yoxdur

Torpağımızın işğal olduğu zaman uşaqların hərbi-vətənpərlik tərbiyəsinə daha çox önəm verilməyinə böyük ehtiyac vardır. Məktəblilərin bu yöndə tərbiyəsi işini günün tələbləri səviyyəsində qura bilmək artıq M.Müşfiq adına 34N-li tam orta məktəbində bir ənənəyə çevrilmişdir. Bu gün “Hər birimiz Xocalılıyıq” adlanan tədbir böyük həyacanı ilə fərqlənirdi.

“Azərbaycan bayrağı” ordenli Milli Qəhrəmanımız İbad Hüseynovun və digər qonaqların bu tədbirdə iştirakı təsirsiz ötüşmədi. 8c və 7sinif şagirdlərinin hazırladığı “Namus” adlanan səhnəcik tamaşaçıların göz yaşlarına səbəb oldu.

Xocalıya həsr edilmiş şeirlərin, mahnıların, videoçarxların nümayişi çox maraq doğurdu. Şagirdlər ermənilərin etiraflarını, dünya mətbuatından Xocalı soyqırımı barədə çıxarışları səsləndirdilər.

Məktəblilərin təəcüblərinə səbəb olan ən maraqlı məqam bu cinayəti araşdıran komissiyanın gəldiyi nəticə oldu.

Məlum oldu ki, ermənilər bəşər tarixində hələ məlum olmayan ən azı 33 işgəncə növü tətbiq etməklə Xocalıda və Dağlıq Qarabağda dinc əhalini qətlə yetirmişdlər.

Milli Qəhrəman İbad Hüseynovun və digər qonaqların çıxışları mövzuya dair məlumatları daha da zənginləşdirdi.

Sonda məktəbin direktoru Bayaz Novruzova tədbirin əhəmiyyətindən danışaraq qonaqlara öz təşəkkürünü bildirdi və gələcəkdə belə tədbirlərin keşirilməsinin bir ənənəyə çevrilməsini tövsiyə etdi.

  Solmaz Cahangirova

Azərbaycan dili və ədəbiyyat müəllimi

ibad-huseynov1 qubad-33 qubad-h qubad-h67

Facebook Şərhləndirmə:

Şərhinizi yazın