Menu
Geri İrəli

Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2013 • Baxış sayı: 491 dəfə • 2 şərh
Share Button

Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri təyin edilib.

Qeyd edək ki, sabah Misir Mərdanov Sumqayıtda vətəndaşları qəbul etməli idi

Facebook Şərhləndirmə:
Share Button

“Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib” yazısına 2 cavab

  1. Rəhman Saribashli deyir:

    Gözünüz aydın olsun, a bədxahlar! Məleykə arvad başda olmaqla sizlər Misir müəllim kimi gözəl bir insanın, əsl ziyalının dalından dəydiniz. Sevinin, bayram eləyin Məleykə ilə birgə. Ancaq onun da axırına yəqin ki çox qalmayıb. Onun maxinasiyalarının, Misir müəllimə barışmaz münasibətinin, böhtanlarının əsl səbəbi tezliklə aydın olacaq və o, bütün bunlara görə məhkəmə qarşısında cavab verməli olacaq!!! Xalq hətta soyadı belə “mərd” sözünə köklənmiş Misir Mərdanovu da, məleykəni də yaxşı tanıyır. Əgər Misir müəllimə məktəblərdəki bugünkü vəziyyət irad tutulursa, bunun da günahkarı tam olaraq Misir müəllimdə deyil, müəllimlərin maaşının son dərəcə aşağı olmasında, bu səbəbdən də valideynlərin əlinə baxmalı, onlardan və şagirdlərdən heç olmasa bayramlarda hədiyyə gözləmək məcburiyyətində qalmalarındadır. Təhsil sistemində dönüş yaratmaq istəyiriksə, ilk növbədə onların maaşları artırılmalıdır – özü də il ərzində cəmi 5-10 manat yox!.. Onların maaşları polis işçilərinin maaşlarından da çox – ən azı 700-800 manat olmalıdır ki, müəllim heç kəsin əlinə baxmasın, yalnız və yalnız yeni nəslin elmli, savadlı, Vətənə layiq övladllar kimi yetişdirilməsi qayğısına qalsın! Yalnız belə! Başqa cür mümkün deyil. Bir də ki, yeni təyin olunmuş nazir Misir müəllimin vaxtilə rektor olduğu BDU-nun, yəni Misir müəllimin tələbəsi olmuşdur. Və tələbə heç vaxt öz ustadından hündürlüyə “tullana” bilməz. Misir müəllim əsl və vicdanlı təhsil sərkərdəsi idi. Çox heyflər!..

  2. Mustafa Eraslan deyir:

    Qeyd edək ki, sabah Misir Mərdanov Sumqayıtda vətəndaşları qəbul etməli idi, amma indi Misire qedib vaxt yoxdu!

Şərhinizi yazın