Menu
Geri İrəli

MN: Düşmənin 7 hərbi qulluqçusu məhv edilib

Müəllif: Sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2015 • Baxış sayı: 212 dəfə • Şərh yoxdur

1Nazirlik məlumat yaydı.

Cəbhəboyu zonada vəziyyət gərgin olaraq qalmaqdadır. Həftə ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 834 dəfə pozub.

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əməliyyat şəraitini qiymətləndirərək düşmənin bütün təxribat və fəaliyyətlərinin qarşısını vaxtında almaqla onun atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 1.017 atəş zərbəsi endirib:

“Düşmənə qarşı güc tətbiq etməklə görülən adekvat tədbirlər nəticəsində son bir həftə ərzində müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin 7 nəfər hərbi qulluqçusu məhv edilib və xeyli sayda yaralısı var.

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın