Menu
Geri İrəli

Mobil danışığa nə qədər pul xərcləyirik?

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2013 • Baxış sayı: 314 dəfə • Şərh yoxdur
Share Button

 olar ki, hamı mobil telefon istifadə edir. Azərbaycan əhalisi il ərzində mobil rabitəyə 3 milyard manat pul xərcləyir. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə “Эхо” qəzetinə iqtisadçı Oktay Haqverdiyev bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 6 milyon mobil nömrə istifadə edilir.

“Mobil danışığa hər nömrə orta hesabla 15-20 manat pul xərcləyir. Bunun üzərinə internetdən istifadə pulunu da əlavə etsək, təqribən 3 milyard pul edir”, – o əlavə edib.

Ekspert hesab edir ki, bu gün mobil rabitə əlçatan olub və bir çox adamlar mobil telefonla ehtiyac ucbatından deyil, sadəcə, ünsiyyət qurmaq üçün istifadə edirlər. Bunun üçün isə pul ödəmək lazım gəlir.

Müqayisə üçün qeyd edək ki, Ukrayna vətədaşları il ərzindıə mobil rabitədən istifadə üçün 6,5 milyard dollar pul xərcləyirlər.

mill.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın