Menu
Geri İrəli

MSK-dan prezidentliyə namizədlərə XƏBƏRDARLIQ

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2013 • Baxış sayı: 380 dəfə • Şərh yoxdur
Share Button

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunmuş şəxslərə xəbərdarlıq edib.

M. Pənahov imza vərəqələrini hələ də təqdim etməyən namizədləri tələsməyə çağırıb. İndiyə qədər namizədlərdən yalnız İlham Əliyev və İqbal Ağazadənin imza toplama kampaniyasının başa çatdırdığını xatırladan M. Pənahov digər namizədləri gecikməməyə çağırıb. O bildirib ki, 9 sentyabr imza vərəqələrinin təhvil verilməsi üçün nəzərdə tutulan sonuncu gündür: “Bu tarixdən sonra təqdim olunan imza vərəqləri qəbul olunmayacaq”. M. Pənahov həmçinin qeyd edib ki, seçkiləri müşahidə etmək üçün 785 nəfər MSK-ya müraciət edib./apa.az/

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın