Menu
Geri İrəli

MTN Sumqayıtda da xüsusi əməliyyat keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2012 • Baxış sayı: 487 dəfə • 2 şərh

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən ötən gün Gəncədə öldürülən yaraqlının şəxsiyyəti müəyyənləşib. APA-nın məlumatına görə, əməliyyat zamanı zərərsizləşdirilən silahlı, Zaqatalanın Aşağı Tala kənd sakini, 1975-ci il təvəllüdlü Vüqar İsmixan oğlu Padarovdur. V. Padarovun qardaşı Mehdi Padarov isə MTN-in ötən gün Zaqatalada keçirdiyi əməliyyat zamanı həbs edilib.

Qeyd edək ki, MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanıb. Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində silahlı birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd “AKM” tipli avtomat silah, 1 ədəd “RPK” tipli pulemyot, 2 ədəd “Makarov”, 1 ədəd “Naqan”, 1 ədəd “Steçkin” tipli tapançalar, 2 ədəd “Karabin” tipli tüfəng, 6 ədəd güllə ilə dolu tapança darağı, 300 ədəd müxtəlif çaplı patron, 31 ədəd əl qumbarası, 15 ədəd uzaqdan idarə edilən partlayıcı qurğu, 3 ədəd detonator, külli miqdarda partlayıcı maddə olan plastid, 3 ədəd avtomat silah üçün daraq, 30 ədəd “Kenwood” markalı rabitə aparatı, 3 ədəd süngü bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər əşyalar aşkar edilərək götürülüb.

Bildirilib ki, Gəncə şəhərində həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı şiddətli silahlı müqavimət göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər tərəfindən xüsusi təyinatlılara odlu silahlardan atəşlər açılıb və əl qumbarası atılıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı həlak olub və 3 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən şəxslərdən biri məhv edilib, biri yaralanıb, qrupun daha iki üzvü isə yaxalanıb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.

Facebook Şərhləndirmə:

“MTN Sumqayıtda da xüsusi əməliyyat keçirib” yazısına 2 cavab

  1. Parvin deyir:

    Xeberin adi ile movzusu arasinda bir elaqe yoxdu. Adi Sumqayitla baglidi movzusu Gence ile

  2. Vefa deyir:

    Pervin, yaxsi oxusan xeberi gorersen ki var…Metnin ortasinda qeyd olunub

Şərhinizi yazın