Menu
Geri İrəli

Müəllimlər İnstitutunun Sumqayıt filialına tələbə qəbulu dayandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2014 • Baxış sayı: 706 dəfə • 3 şərh

“Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına (Sumqayıt, Gəncə, Mingəçevir və Salyan) bu il qəbulun aparılması nəzərdə tutulmayıb”. lent.az-n məlumatına görə, bunu Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Yaqub Piriyev deyib.
Y. Piriyev onu da vurğulayıb ki, əgər bu il həmin filiallara qəbul aparılmayacaqsa, gələcəkdə onlar bağlanacaq: “Ali məktəbin bağlanan filiallarında işləyən müəllimlər digər ali məktəblərə yerləşdiriləcəklər. Sumqayıt Dövlət Universitetində müvafiq müəllim ixtisasları var. Bəzi müəllimlər ora göndəriləcək. Gəncədə də 3 universitet var, yəqin oraya da yerləşdirilənlər olacaq”.

Nazirlik rəsmisinin sözlərinə görə, Sumqayıt Dövlət Universitetinin işdən azad olunan prorektorları kafedra müdiri vəzifəsinə keçiriliblər. “Ora Elxan Hüseynov rektor əvəzi təyin olub və həmin şəxs islahatlar həyata keçirir”.

tehsil

 

 

Facebook Şərhləndirmə:

“Müəllimlər İnstitutunun Sumqayıt filialına tələbə qəbulu dayandırıldı” yazısına 3 cavab

  1. aysel deyir:

    yaxsi muellimler yerlesdirildi bes isciler colde qalacaq 

  2. seva deyir:

    Bunu çoxdan etməliydilər.

  3. Kamran deyir:

    Duzgunluk!

Şərhinizi yazın