Menu
Geri İrəli

“Nabran Village Holiday” Sumqayıtlı sahibkar Nizami İsgəndərovun imiş

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2013 • Baxış sayı: 191 dəfə • Şərh yoxdur
İyulun 21-də  “Nabran Village Holiday” istirahət mərkəzinin işçilərinin səhlənkarlığı nəticəsində 2 yaşlı İmranın hovuzda üzərkən qorumasız nasos sisteminin borusuna düşərək ayaqlarından məhrum olduğu ilə bağlı xəbər vermişdik. Qeyd edək ki, bu gün Xaçmaz rayonu ərazisində yerləşən “CTF” firmasına məxsus “Nabran” istirahət mərkəzində baş vermiş bədbəxt hadisənin səbəblərini araşdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Monitorinq komissiyası hadisə yerinə ezam olunub. Müəssisənin fəaliyyətini, mövcud şəraiti, təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunmasını və s. göstəriciləri ətraflı araşdıran komissiya bu sahədə ciddi nöqsanlar aşkar edib və müəssisənin fəaliyyətinin dayandırılmasını tövsiyə edilib. Bununla əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onun fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi barədə əmr verilib.
Milliyyet.az-ın əldə etdiyi məlumata görə, sözügedən istirahət mərkəzi sabiq deputat Nizami İsgəndərova aiddir. Hadisədən dərhal sonra uşağın valideynləri istirahət mərkəzinin sahibi N.İsgəndərova müraciət etsə də, sabiq deputat 2 yaşlı İmranın əməliyyat olunması ilə bağlı müraciəti cavabsız qoyub. N.İsgəndərov obyektinin bağlanması ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə müraciət edib. Lakin, o bütün ölkəni şoka salan bu olaya səbəb sözügedən istirahət mərkəzinin bağlanması ilə bağlı verilən qərarı dəyişdirməyə müvəffəq olmayıb.
Nəzərinizə çatdıraq ki, sabiq deputat Nizami İsgəndərov Sumqayıt şəhərinin tanınmış iş adamlarından biridir və “Nabran Village Holiday” istirahət mərkəzi ilə yanaşı “Cavid” və “Sumqayıt” ticarət mərkəzlərinin sahibidir.
Xatırladaq ki, prezident İlham Əliyevin təşəbbüsü ilə azyaşlının müalicəsi dövlət hesabına həyata keçiriləcək. Məsələ prezidentin nəzarətinə götürülüb. Hazırda səhiyyə nazirinin müavini Abbas Vəlibəyov və Prezident Administrasiyasının məsul əməkdaşları xəstəxanada İmran Cəfərovun yanındadırlar.
“Yeni Müsavat”
Facebook Şərhləndirmə:

Şərhinizi yazın