Menu
Geri İrəli

Naziri Sumqayıtda yüzlərlə şikayətçi qarşıladı

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Fevral 2014 • Baxış sayı: 691 dəfə • Şərh yoxdur

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bu dəqiqələrdə nazirliyin Sumqayıt şəhər şöbəsində vətəndaşlarla görüşür.

S.Müslümova problemini çatdırmaq üçün görüşə 150-ə qədər sakin gəlib. Lakin onların çoxu binanın çölündə qalıb. Qəbula düşə bilməyən sakinlərlə polislər arasında problemlər də yaranır.  Səlim Müslümov şikayətçiləri bir – bir qəbul edir. Görüşdə nazir bildirdi ki, şikayətlərin çoxu Sumqayıt şəhər İcra hakimiyyətinə ünvanlanıb. Nazir məsələ ilə bağlı şəxsən Eldar Əzizovla danışacağını da bildirdi.

Qəbul hələdə davam edir. Görüşdə bir nəfərə əlil arabası verilib. Digər 3 nəfərin şikayəti isə yerindəcə həll olunub. Nazir qəbulda bildirdi ki, avtomobili olan insanlara sosial yardım verilməyəcək. Bununla bağlı DYP ilə artıq əməkdaşlığa başlanılıb. May ayına qədər isə bütün növbədə olan əlillər avtomobillə təmin olunacaq . 168saat.com

selim muslimov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın