Menu
Geri İrəli

Nazirlikdən ovçu ərəblərlə bağlı açıqlama

Müəllif: Sumqayitxeber.com • Tarix: 6 Noyabr 2015 • Baxış sayı: 271 dəfə • Şərh yoxdur
Share Button

42468Bu gün ölkə mətbuatında Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun ofisinin meneceri Məhəmməd bin Rəşid Ğdeyyer və 15-ə yaxın əshabəsinin Hacıqabulun Sarısu kəndi ərazisində qanunsuz ov etmələri ilə bağlı xəbər və video yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən azvision.az – ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə qanunlarına müvafiq olaraq Azərbaycan vətəndaşları, o cümlədən də xarici ölkə vətəndaşları qanun çərçivəsində Azərbaycanda ov üçün müəyyən edilmiş ərazilərdə mövsümə uyğun olaraq ov bileti ala bilər:

“Azərbaycan qanunlarına müvafiq olaraq Azərbaycan ərazisində ovun həyata keçirilməsi ilə bağlı icazə almaq üçün bu günlərdə Birləşmiş Ərəb Əmirliyi vətəndaşlarının nümayəndəsi, “MRG” şirkətinin direktor əvəzi Ceyhun Hacıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Azərbaycan qanunlarına müvafiq müraciət etdiklərinə görə Nazirlik tərəfindən bu məsələyə baxılıb və ov turizmi ilə məşğul olmaları üçün limitə uyğun olaraq 9 nəfər BƏƏ vətəndaşına, Azərbaycanda qəbul edilmiş normalara görə, hər ovçuya 10 ədəd quş ovlanmasına icazə verilməklə ov obyektinə müvafiq ov bileti verilib”.

Qeyd edək ki, xarici vətəndaşların ov etmələri Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası” ilə tənzimlənir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın