Menu
Geri İrəli

“Opera” satışa çıxarıla bilər

Müəllif: Sumqayitxeber.com • Tarix: 11 Avqust 2015 • Baxış sayı: 327 dəfə • Şərh yoxdur

f4098f575d6d5b4849fe66d2243d2b7c151“Opera” brauzerinin tərtibatçısı Norveçin “Opera Software” şitkəti satışa çıxarıla bilər.

İKT.lent.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb.

Belə bir qərar şirkətin Direktorlar Şurası tərəfindən qəbul edilib. Buna səbəb şirkətin maliyyə ilinin ikinci rübündə gözləniləndən aşağı nəticə göstərməsi olub. “Opera Software” şirkətinin satışı həmçinin digər potensial əməkdaşlıq formalarını da nəzərdə tutur ki, bu da şirkətin maliyyə vəziyyətini yaxşılaşdırmağa geniş imkanlar yaradacaq.

“Opera Software” şirkətinin Direktorlar Şurasının üzvlərindən biri bildirib ki, artıq bir neçə şirkət əməkdaşlığa böyük maraq göstərir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın