Menu
Geri İrəli

Ordumuzun Tovuz hücumu: ermənilər 3 kəndi boşaltdı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Yanvar 2014 • Baxış sayı: 3,195 dəfə • 2 şərh

“Ermənistanın Berd rayonunun üç kəndinin sakinləri öz evlərindən evakuasiya olunublar”.

hucum

“Axar.az” məlumat verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb.

Dünən ermənilərin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində hücumuna Azərbaycan ordusu kəskin cavab verib. Belə ki, Milli Ordunun cavab atəşi Ermənistanın üç kəndinin boşaldılması, əhalinin evlərindən çıxarılması ilə nəticələnib. Evlərindən sığınacaqlara göndərilən kəndlər isə Berd rayonunun Ayqepar, Çinan və Nerkin Karmiraxpyur olub. Mətbuat artıq həmin kəndlərin sakinlərinin səhər 06:00-a yaxın öz normal həyatlarına döndüklərini yazıb.

 

Qeyd edək ki, dünən ermənilər Tovuzun Əlibəyli kəndi istiqamətində hücuma keçmişdilər. Lakin ordumuzun cavab atəşi onları geri çəkilməyə məcbur etmişdi. Əlibəyli sakinləri “Axar.az”a hələ indiyə qədər belə gülləbaran olmadığını məlumat vermişdilər.

 

Facebook Şərhləndirmə:

“Ordumuzun Tovuz hücumu: ermənilər 3 kəndi boşaltdı” yazısına 2 cavab

  1. Seban deyir:

    yawa  Azerbaycan ordusu ve prezidenti.  inwallah haminiz wahid olassiz  gorun torpaqlarimiz bu yaxinnarda qayidir yoxsa yox..   men inaniram ve ordumuzla fexr edirem
    Yawa  Cenab Ilham Eliyev

  2. fidan deyir:

    Men hec inanmiram ki torpaqlarimiz geri qayida hele bele bir dovletde yasiyiriqsa

Şərhinizi yazın