Menu
Geri İrəli

Ötən seçkilərdə Sumqayıtda təbliğatçı olan qadın deportasiya edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2013 • Baxış sayı: 199 dəfə • Şərh yoxdur
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Əlisahib Hüseynov qanadı dağıdılıb. Partiyanın sədri Əlisahib Hüseynov həbs olunub. DADP-nin icraçı katibi Sevda Xurşudova isə Gürcüstana deportasiya edilib.
Bu məlumatı virtualaz.org saytına DADP-nin Fatma Əliyeva qanadının mətbuat xidmətinin rəhbəri Esmira Şükürova verib. Bu barədə bu gün özünün “facebook” hesabında da yazan E.Şükürova bildirdi ki, DADP-nin Rəşid Behbudov küçəsi 15, 31/64 ünvanında yerləşən baş qərargahı Daxili İşlər Nazirliyini əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, Sevda Xurşudova 2010-cu ildə keçirilən parlament seçkilərində Sumqayıtdan namizədliyini vermiş DADP sədri Məmməd Əlizadənin təbliğat kampaniyasına rəhbərlik edənlərdən biri olub.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın