Menu
Geri İrəli

Paytaxtda tıxaclara böyük zərbə – FOTO

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 187 dəfə • Şərh yoxdur

NİİM yollarda bir sıra dəyişikliklər edib.

Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra dəyişikliklər edib.

NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Oxu.Az-a bildirib ki, C.Hacıbəyli küçəsi A.Bakıxanov küçəsi ilə kəsişmədən sonra (Gənclik m/st. istiqamətində) bir tərəfli olduğundan və K.Kazımzadə küçəsindən ancaq sağa C.Hacıbəyli küçəsi istiqamətində dönmə nişanı olduğundan, A.Bakıxanov küçəsindən sağa C.Hacıbəyli küçəsi istiqamətində yalnız A.Bakıxanov küçəsindən sağa dönən nəqliyyat vasitələri istifadə edir.

Ş. Mehmanqızı bildrib ki, qeyd olunanları nəzərə alaraq, A.Bakıxanov küçəsindən sağa C.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq işıqforun əlavə seksiyasında hərəkətinin təşkil edilməsi haqqında təklif irəli sürülüb:

“Asif Məhərrəmov küçəsindən 3-cü mkr dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri Asif Məhərrəmov küçəsindən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mkr dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə,  3-cü mkr dairəsində yüklənmə yaranır.

Qeyd olunanları nəzərə alaraq, Asif Məhərrəmov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb.

Ceyhun Səlimov küçəsindən 3-cü mkr dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri Ceyhun Səlimov küçəsindən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mkr dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, 3-cü mkr dairəsində yüklənmə yaranır.

Qeyd olunanları nəzərə alaraq, Ceyhun Səlimov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb”.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı bütün təkliflər Nəqliyyat Nazirlyi və Baş dövlət Yol Polisi İdarəsi tərəfindən təsdiq olunub və müvafiq qaydada icra olunub.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın