Menu
Geri İrəli

Peterburqda azərbaycanlı qızı qaçırtdılar

Müəllif: Sumqayitxeber.com • Tarix: 23 Avqust 2015 • Baxış sayı: 351 dəfə • Şərh yoxdur

qiz1Onun anası polisə müraciət edib.

Rusiyanın Sankt-Peterburq şəhərinin Nevski rayonunda qız oğurlanıb.

Rusiya KİV-nə istinadla xəbər verilir ki, avqustun 23-də səhər saat 4:10-da mağaza kassiri olan 42 yaşlı qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

Azərbaycanlı qadın bildirib ki, avqustun 22-də saat 21:30-da Narodnı küçəsi ev 14-ün yaxınlığında üç kişi fiziki güc tətbiq edərək onun 20 yaşlı qızını VAZ-2114 maşınına oturdaraq onu naməlum istiqamətdə aparıblar.

Qadın güman edir ki, qızı onun nişanlısı, 24 yaşlı Moskva sakini qaçırıb. Maşın onun dostlarından birinin adına qeydiyyatdadır.

Oğurluq barədə müraciətə əsasən yoxlama aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın