Menu
Geri İrəli

Poçtlar şəxsiyyət vəsiqələrinin çatdırılması ilə də məşğul olacaq

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur
Share Button

Azərpoçt MMC vətəndaşlara şəxsiyyət vəsiqələrinin çatdırılması ilə məşğul olacaq.

Xeberler.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Azərpoçt MMC-nin ASAN xidmətlə əməkdaşlıq məsələsi ötən həftə tərəflərin görüşündə nəzərdən keçirilib.

MMC-dən deyiblər ki, Azərpoçt-a ASAN xidmətin mərkəzlərində poçt xidmətləri təşkil etmək təklif edilib: “Yeni xidmətlərdən biri şəxsiyyət vəsiqələrinin vətəndaşlara çatdırılması ola bilər. Yeni servis, ilk növbədə vətəndaşların rahatlığı üçün hesablanıb. Bununla da, vətəndaşlar şəxsiyyət vəsiqələrini almaq üçün ASAN xidmət mərkəzlərinə yenidən baş çəkmək məcburiyyətində qalmayacaqlar, çünki onların çatdırılması ilə poçt məşğul olacaq”.

Azərpoçt-un fəaliyyətinin yeni konsepsiyası MMC-nin respublika üzrə göstərdiyi xidmətlərin coğrafiyasını genişləndirməkdə vacib rol oynaya və perspektivdə ASAN xidmət mərkəzlərinin xidmətlərinin genişləndirilməsi üçün platforma ola bilər.

MMC-nin qurumlarla əməkdaşlığı onlara, ənənəvi poçt və maliyyə xidmətlərindən başqa, maliyyə xidmətləri (hesabların açılması, pul köçürülməsi və s. xidmətlər) göstərməyi nəzərdə tutur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın