Menu
Geri İrəli

Polşa şirkəti SOCAR-la razılığa gəldi: Sumqayıt stadionu belə olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2014 • Baxış sayı: 1,448 dəfə • 1 şərh
Share Button

Nəhayət Mehdi Hüseynzadə adına stadionun üzünə də gün doğdu və uzun müddətdir gözlənilən layihə reallaşır.

Rekord.az xəbər verir ki yeni stadionu tikəcək şirkətin adı da məlum olub. Həmin bu şirkət Polşanın  ”JSK Architekci” şirkətidir.

Stadionun layihəsinin üzərində iş artıq başa çatıb, bu layihənin reallaşdırmasını maliyyələşdirəcək SOCAR-la da ilkin razılıq nail olunub. Bunu şirkətin vitse-prezidenti Mariuş Ruts Polşa mətbuatına açıqlamasında deyib.

 Şirkətin vitse-prezidentinin sözlərinə görə, Memorandum artıq SOCAR-la imzalanıb: “Ümid edirik ki, ilin sonuna qədər biz stadionun tikintisinə başlamağı bacaracıq. İlkin layihədə 40 min oturacaqlı stadion tikmək planlaşdırılırdı, ancaq sonra SOCAR-ın rəhbərliyi 15 min oturacaqlı stadion tikməyi təklif etdi. Yeni stadion altmışıncı illərdə tikilmiş köhnən stadiounun yerində tikilməsi planlaşdırılır. Stadion bütün müasir standartlara cavab verəcək”.

 ”JSK Architekci” şirkəti stadionların planlaşdırılmasından başqa həmçinin aeroportların və ticarət mərkəzlərinin planlaşdırılmasıyla məşğul olur.

 Şirkətdə həmçinin Bakıda “Ağ şəhər” layihəsində işləmək niyyəti var.

 Qeyd edək ki, Sumqayıt stadionu 15 000-lik tikilsədə də layihə elə tərtib olunub ki, gələcəkdə stadionun tutumunu 40 000-ə də çatdırmaq mümkün olsun. Biz isə ilk dəfə hər iki layihənin fotolarını sizə təqdim edirik:

sumquaiyt-stadium-2-2 sumquaiyt-stadium-3- sumquaiyt-stadium-4- sumquaiyt-stadium-7-

- See more at: http://rekord.az/news/p:10223#sthash.pcQXjZrc.dpuf

Facebook Şərhləndirmə:
Share Button

“Polşa şirkəti SOCAR-la razılığa gəldi: Sumqayıt stadionu belə olacaq” yazısına bir cavab

  1. Araz Isco deyir:

    Tikinti isleri ne zaman bitecek

Şərhinizi yazın