Menu
Geri İrəli

Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Yanvar 2013 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur

Bu gün 20 yanvar hadisələrinin 23-ci ildönümüdür. Səhər saatlarından 20 yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb. Lent.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüblər. Prezident İlham Əliyev “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Azərbaycan hökumətinin üzvləri, parlamentin deputatları, diplomatik korpusun nümayəndələri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, ziyarət axşam saatlarına kimi davam edəcək. Ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın