Menu
Geri İrəli

Prezident istefaya getdi – Korrupsiya qalmaqalına görə

Müəllif: Sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2015 • Baxış sayı: 247 dəfə • Şərh yoxdur

743c8b720dfcf633a3339Məhkəmə tərəfindən həbsinə order verilən Qvatemala prezidenti Otto Peres Molina istefaya gedib.

BBС-yə istinadən xəbər verilir ki, vəkili prezidentin gizlənmək fikrində olmadığını və korrupsiya işi üzrə məhkəmə proseslərində iştirak edəсəyini bildirib.

Qvatemalada növbəti prezident seçkiləri gələn ilin yanvarında keçiriləсək.
Qeyd edək ki, ölkə prokurorluğu Molinanın dələduzluğu ucbatından dövlət büdcəsinin milyonlarla dollar itirdiyini bildirir.

Bununla yanaşı, Molinanın iş adamlarının gömrük xidmətlərinə görə məmurlara verdiyi rüşvətdən faiz aldığı da iddia olunur. Qavatemala Konqresi dünən səsvermə yolu ilə Molinanı toxunulmazlıq hüququndan məhrum etmişdi. Bu gün isə məhkəmə prezidentin həbsinə order verib. Elə bu qərardan dərhal sonra Molina istefa verib. Lakin prezident ittihamların heç birini qəbul etmir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın