Menu
Geri İrəli

Putinin Bakı səfərinin şok gizlinləri

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2013 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur
Share Button

sumqayitxeber.com saytı Putinin Bakı səfəri ilə bağlı  ”Yeni Müsavat” qəzetində bu gün dərc olunmuş məqaləni təqdim edir:

Rusiya prezidentinin 7 illik fasilədən sonra gəlişinin sirriABŞ-ın Azərbaycanda HHQ bazası yaratmasından xəbər tutan Kreml hərəkətə keçib; Moskva münasibətləri soyuyan Amerikaya qarşı oyunda Azərbaycanı öz yanına çəkmək niyyətindədir…

Bulmacalara son qoyuldu. Rusiya prezidenti Vladimir Putin nəhayət ki, 7 illik fasilədən sonra Bakıya işgüzar səfərə gəldi. Kremlin sahibi ABŞ prezidenti Barak Obama ilə “soyuq müharibə” ərəfəsində olduğu bir zamanda Cənubi Qafqazın ən mühüm ölkəsinə səfər etməli oldu. Son zamanlar Azərbaycan və bölgə uğrunda iki dünya nəhənginin yeni savaşı başlayır. Heç də təsadüfü deyil ki, Vaşinqton və Moskvanın münasibətlərinin kəskinləşdiyi bir dövrdə ABŞ ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etdi. Vaşinqton Qarabağ danışıqlarında mövcud status kvonu saxlamaq və Rusiyanın “müharibə varinatı”nı iflasa uğratmaq istəyini açıq şəkildə ortaya qoydu.

Bir sözlə, “Qarabağ düyünü”nü çözmək bu dəfə də mümkün olmadı. İki supergücün qarşıdurması o anlama gələ bilər ki, artıq tərəflər Qarabağ məsələsində qarşıdurmanın növbəti mərhələsini yaşamaqdadırlar.
V. Putin Bakı səfəri ilə B. Obamaya sillə vurmaq və Cənubi Qafqazın Rusiyaya məxsus olduğunu vurğulamaq istəyir.
Diktator xislətli Rusiya prezidenti, öncədən razılıq əldə olunmasaydı, çətin ki, Bakıya səfər edərdi.
Deməli, V.Putinin Bakı səfərində Kremlə elə bir hədiyyə olunmalıdır ki, Vaşinqton bundan əsəbiləşə bilsin.
Azərbaycanın Avrasiya İttifaqına qoşulması, Rusiya qoşunlarının Dağlıq Qarabağa yerləşdirilməsi, Qərblə enerji layihələrinə son verilməsi kimi məsələlərin Kreml üçün əsas prioritet olduğu bəllidir.
Lakin V. Putin üçün ən əsas tələb Dağlıq Qarabağa rus qoşunlarının yeridilməsidir. Moskva bu tələbindən geri durmaq fikrində olmadığını dəfələrlə bəyan edib. Azərbaycanda hərbi mövcudluq Cənubi Qafqaz və Orta Asiyaya nəzarət imkanı verir. Yalnız buna nail olmaqla Kreml Ağ evə dirsək göstərə bilər. Cənubi Qafqazın isə əldən çıxması Vaşinqtonun İrana təzyiq mexanizmlərini əsaslı dərəcədə azalda bilər.
Moskva həmçinin əmin olmaq istəyir ki, İrana qarşı Qərb tərəfindən hərbi müdaxilə olarsa, Azərbaycan öz ərazilərini Amerika qoşunlarına təqdim etməyəcək.
ABŞ rəsmi Bakı ilə danışıqlar zamanı 2014-cü ildə Əfqanıstandan çıxaracağı qoşunların Azərbaycan ərazisindən keçməsinə nail olmaq istəyir. Lakin bu o dərəcədə önəmli məsələ deyil ki, Vaşinqton Bakının nazını çəksin. Deməli, ortada daha önəmli məsələlər mövcuddur. Rusiya mətbuatı belə bir fərziyə irəli sürür ki, ABŞ Əfqanıstandan qoşunlarını çıxararkən, Hava hücumlarından Müdafiə sistemlərini aralıq müddətə Azərbaycanda yerləşdirmək istəyir. Rus analitikləri əmindirlər ki, Vaşinqton öz hərbçilərini də Azərbaycanda saxlamaq və bölgəyə tam nəzarət etmək arzusundadır.
Vaşinqtonun rəsmi Bakıya ünvanlandığı demokratiya tələblərinin pərdəarxasında elə bu məsələnin durduğu ehtimal olunandır. Görünür, Rusiya kəşfiyyatında rəsmi Bakının Vaşinqtonun adıçəkilən tələblərinə razılıq verdiyi barədə dəqiq məlumatları olub və “Milyarderlər İttifaqı”nın yaradılması, Kremlin rəsmi Bakını hakimiyyət dəyişikliyi ilə şantaj etməsinin kökündə elə bu məsələ dururmuş.
Son anda Kremlin “Milyarderlər İttifaqı”nı geri çəkməsi və Rüstəm İbrahimbəyovun pasport məsələsini həll etməməsinin səbəbləri də maraqlıdır. Deyəsən, son anda Bakı qərarını dəyişib və artıq Moskvaya “hə” deyib.
Lakin ictimai rəyə bunu təlqin etmək lazımdır. Dünənə qədər Rusiyanı lənətləyən rəsmi təbliğatın birdən birə iki ölkə arasında iqtisadi əməkdaşlığın artırılmasını vurğulaması, enerji sahəsində, silah alışında irəliləyişə nail olmağı təklif etməsi faktiki olaraq Kremlin tələblərinə Bakının kompromis təklifi kimi qəbul oluna bilər.
Kreml anlayır ki, perspektiv planda Azərbaycanı itirib və Bakı artıq heç bir zaman Moskvanın forpostu olmayacaq.
Odur ki, ona Bakının Rusiyaya doğru bir addım atması da Kremlə Obama qarşısında lovğalıq etməyə əsas verəcək.
Bir sözlə, Bakı Moskvaya doğru cəmi bir addım atır, Kreml isə İlham Əliyevin üçüncü prezidentliyinə “yaşıl işıq” yandırır. Hər şey bu qədər bəsitdir.
Moskva bu dəfə də ənənəsinə sadiqdir. Öz nüfuz agentlərini qurban verir. Bundan ruhlanan Azərbaycan hakimiyyəti növbəti gurultulu həbslərə hazırlaşır və Kremlin maraqlarına xidmət etməyə hazır olan bütün simalarının “kəlləsini alaraq” yalnız özünün Rusiyanın dostu olaraq qalmasında israr edir.
V. Putinin Bakıya səfəri ərəfəsində həbslər dalğasının Rusiyapərəstlərə şamil edilməsi də Moskva və Bakı arasında ilkin razılaşmanın olduğunu deməyə əsas verir.
Bir sözlə, cərəyan edənlər “yad savaş” səhnələrini xatırladır. Bizim olmayan savaşda isə bizim əsgərlərin qurbanlıq verilə bilmə ehtimalı xeyli dərəcədə böyükdür.
Müxalifət generalları yəqin ki, deyilənləri nəzərə alırlar.
Ən azı buna inanmaq istərdik…
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın