Menu
Geri İrəli

Qamət vəhabilərə çağırış etdi: “Səbrli olun!”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2014 • Baxış sayı: 382 dəfə • Şərh yoxdur
Share Button

axar.az1390988481Qamet-Süleymanov

Azərbaycanda sələfi təriqətinin lideri Qamət Süleymanov Sabirabadda baş verən olaya münasibət bildirib.

O, AzVision.az-a açıqlamasında tərəfdarlarına çağırış edərək onları səbrli olmağa çağırıb.

“Onu cəzalandırmaq üçün hökumət var və bizdə olan məlumata görə o şəxs saxlanılıb. O videoya baxanda insan əsəbləşir, bir neçə insan bir nəfərin üstünə düşüb vurur. Amma adam gərək səbrli olsun. Emosiyalarla hərəkət etmək olmaz, çünki, bu, təxribat da ola bilər”.

Xatırladaq ki, Sabirabadda baş verən olayla bağlı ötən gün sosial şəbəkələrdə video yayılıb. Həmin vidoeda bir qrup şəxs sələfi təriqətinə məxsus şəxsi dövrəyə alıb onun saqqalını qırxdığı əks olunub.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın