Menu
Geri İrəli

“Qanlı Yanvar” nümayiş olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Yanvar 2015 • Baxış sayı: 712 dəfə • Şərh yoxdur

Nizami kino mərkəzində Vahid Mustafa Yevin rejissoru olduğu “Qanlı Yanvar” filminin təqdimatı başlayıb.

“Qanlı Yanvar” filminin təqdimatında bir çox dövlət və hökumət nümayəndələri, o cümlədədn Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, millət vəkili, yazıçı Aqil Abbas, Yazıçılar Birliyinin sədri Anar, millət vəkili Qənirə Paşayeva, Əli Məsimli, Vahid Ələkbərov, müğənnilər Briliyant Dadaşova, xalq artistləri Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Amaliya Pənahova və s. tanınmış şəxslər iştirak edir.

Premyerada həmçinin məşhur aktyorlar Nəbahət Çehrə və Leyn Devis başda olmaqla yaradıcı heyətin üzvləri iştirak edirlər.

Onlar kinoteatrın qarşısına salınan qara xalının üzərindən keçərək gəliblər.

“Qanlı yanvar” filmi bizə sovet ordusunun törətdiyi qırğını və o qanlı gecə baş verənləri Azərbaycan ailəsi olan – Nərimanovların gözü ilə göstərir. İki qardaş – kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdirlər. Onlar inandıqları uğrunda ölüm-dirim mübarizəsinə başlayıblar. Dramın mərkəzində isə onların anası – Xədicə dayanıb.

Qeyd edək ki, “Qanlı Yanvar” bir sıra ölkələrdə də nümayiş ediləcək və beynəlxalq festivallara qatılacaq.

eyvaz123

eyvaz32

eyvaz-film43

eyvaz124

Facebook Şərhləndirmə:

Şərhinizi yazın