Menu
Geri İrəli

Qarpız qabığı, uşaq bezləri… Çimərliklərimizin reallığı- ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2013 • Baxış sayı: 218 dəfə • Şərh yoxdur

Qaprız qabığı, şüşə qırıqları, uşaq bezləri, kanalizasiya qoxusu…çimərliklərimizin zibilli reallığı budur. Çimərliyə ayaq basanda bizi qarşılayan ilk olaraq pomidor və qarpız qabıqları, yerə tullanmış salfetlər, bir də boş içki şüşələridir. Çimərlikdə çəkiliş apardığımız müddətdə zir-zibil əlindən yerimək mümkün deyildi; ətrafa tökülmüş tullantılar, şüşə qırıqları, yemiş-qarpız, pomidor-xiyar qabıqları, uşaq pampersləri, üzərində milçəklər uçuşan yemək qırıntılarının üfunətli iyindən çimərliyə yaxınlaşmaq mümkün deyildi. Dəniz sahili həm də tulaet rolunu oynayırdı. Sahil bu gündədir, amma elə dəniz də ondan fərqlənmir. Suyun üzündə sellofan paketlər, salfetka, plastik qablar, siqaret qutusu və s var-gəl edir.

Bahalı çimərlik paltarı, qaralmaq üçün gel, çimərlik çantası alıb toy makiyajı ilə çimərliyə gedənlərdən başqa şəhərin istisindən qaçıb dincəlmək və sərinlənmək üçün dənizə üz tutanlar da var axı. Lakin çmərliklərimizdəki antisanitar vəziyyət və çirkab sular əhalinin dənizə olan həvəsini öldürür.

Novxanı-Sumqayıt sahil zolağına böyük həcmdə kanalizasiya suları axıdıldığına görə külək əsdikcə üfunət iyi bütün ətrafa yayılır.

Qonşuluqdakı pullu çimərliklər də əslində pulsuz çimərliklərdən bir elə fərqlənmir. Burada əsas fərq ödənişin olmasıdır. Özəl çimərliklərə giriş iki manatdan başlayaraq 5-6 manat arasında dəyişir. Pulun niyə alındığını soruşduqda çətir, duş, “lejanka” və soyunub-geyinmə otağından istifadə üçün olduğunu bildirdilər.

Elə yollandığımız “Şıx” çimərliyində də aclınacaqlı vəziyyət hökm sürürdü. Çimərlik mövsümü başlamazdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Şəhər Sanitar Epidemioloji Stansiyası ilə birgə Bakı və Sumqayıt çimərliklərində apardığı monitorinlərin nəticələrini açıqlamışdı. Monitorinqin nəticəsinə əsasən bağırsaq çöplərinin və digər mikrobların olduğu əsas gətirilərək “Şıx” çimərliyində çimmək təhlekəli olsa da, hələ də bu çimərliyə gələnlərin olduğunun şahidi olduq.

Müalicə məqsədilə dənizə gəlib ayaqlarını quma basdırdığını deyən Səriyyə Fətəliyevanın ANS PRESS-ə bildirdiyinə görə, hər dəfə bu çirkabın içərisinə girmək istəməsə də başqa çarəsi yoxdur.

Digər bir şəhər sakini Vüqar Talıbov çimərliyə gələnlərin mədəniyyətinin aşağı səviyyədə olmasından gileylənir: “Gələnlər yeyib-içirlər, gedəndə də zibillərini bura töküb gedirlər. Yaxşı olardı ki, bunlarla bağlı ölçü götürülsün. Biz bura ailəmizlə dincəlməyə gəlirik, belə murdarçılıqları gördükdə gəlməyimizə peşiman oluruq.”

Ekspertlər isə bildirirlər ki, çimərlik mövsümündə dəniz suyunun laboratoji analizləri mütəmadi aparılmalıdır. Sahidəki antisanitar vəziyyət çimərlikdə bakteriyaların sayını artırır. Suyun sahilində bağırsaq çöplərinin miqdarı da orta hissələrə nisbətən daha artıqdır.
Problemi aradan qaldırmaq üçünsə ekspertlər Xəzərin ekoloji müdafiəsilə bağlı dövlət səviyyəsində proqram hazırlanmasını təklif edirlər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımlının ANS PRESS-ə verdiyi məlumata görə, çimərliyin çirklənməsini araşdırmaq üçün mütəmadi olaraq monitorinqlər aparılır: “Çimərliklərdən götürülən dəniz sularının fiziki, kimyəvi və toksikoloji analizlərini aparırıq. Labarotor monitorinqlər bir dəfə ilə bitmir. Biz mütəmadi olaraq ərazilərdə monitorinqlər keçiririk”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın