Menu
Geri İrəli

Qaz İdarəsi nə planlaşdırır?

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2013 • Baxış sayı: 408 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhər Qaz İstismar İdarəsinin baş mühəndisi Teymur Balıyev saytımıza açıqlamasında şəhər Qaz İdarəsinin cari ildə hansı işlər görəcəyi ilə bağlı açıqlama verib.

T.Balıyev bildirib ki, gələn il Heydər Əliyev prospektindəki küçə qaz kəməri də dəyişdiriləcək. Eləcə də Sülh küçəsindən başlayaraq 26-cı məhəlləyə qədər məsafədə yeraltı qaz borularının dəyişdirilməsi nəzərdə tutulub. Həmin ərazidə hal-hazırda qaz borularının diametri 159 mm-dir. Son zamanlar qaza tələbat artdığından boru tələbatları ödəyə bilmir. Bu səbəbdən də qaz boruları dəyişdirilərək ölçüsü 200 mm-ə çatdırılacaq.

Baş mühəndis qeyd edib ki, bu il üçün planda – 21-ci mikrorayon, 52-ci məhəllə, Yaşıldərə massivi, Xəzər bağları, Yaşma massivinin qaz sisteminin yenilənməsi də vardır.

“Hal-hazırda Nərimanov küçəsində boruların dəyişdirilməsi ilə əlaqədar işlər gedir. Birləşmiş məhəllədən Şərq bazarına qədər olan məsafə yenilənir (4 kmərazi). Koroğlu küçəsindəki qaz boruları yenisi ilə əvəz olundu. 1-ci və 5-ci məhəllələrdə yeraltı borular, yerüstü borularla əvəz olundu, 2-ci və 4-cü məhəllədə isə işlər hələ də davam edir” – deyə T.Balıyev əlavə edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın