Menu
Geri İrəli

Qızıl Ayparaçılar “Gənclər günü”nü qeyd etdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2013 • Baxış sayı: 265 dəfə • Şərh yoxdur

 

           Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda Ümummilli liderimiz Heydər Əliyevin 1996-cı ildə imzaladığı sərəncama əsasən  qeyd olunmağa başlamışdır.   Bu, Ulu öndərin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.

            Ən geniş gənc kontingentinə malik olan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi də 2 Fevral “Gənclər günü” münasibəti ilə geniş səpkili musiqili-əyləncəli tədbir təşkil etmişdir. Tədbirdə QAC Sumqayıt şəhər bölməsinin könüllüləri ilə yanaşı, şəhərin aktiv gənclər təşkilatlarının nümayəndələri və bölmə ilə sıx əməkdaşlıq edən idarə və müəssisələrindən gənclər və eləcədə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Az.QAC Katibliyi Sağlamlıq şöbəsinin müdiri Mətanət Qaraxanova, QAC icracı katibin müavini  Bayram Vəliyev, “Club-25”-in üzvləri, “Qartal” tikinti firmasının prezidenti Şahin Məmmədov iştirak edirdilər. Tədbirdən öncə gənclər və tədbirin qonaqları günün təsisçisi, Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə tər çiçəklər qoymuşlar. “Turan” restoranında düzənlənən əyləncəli-musiqili tədbir “Dəcəllər” rəqs qrupunun çıxışı ilə başlandı.Gənc aparıcılar ilk öncə təbrik ücün sözü QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmovaya verdilər.Bölmə sədri gəncləri və tədbirin digər qonaqlarını salamlamış, bu mötəbər gün münasibəti ilə onları bayram münasibəti ilə təbrik etmişdir. İl ərzində QAC Sumqayıt şəhər bölməsi ilə sıx əməkdaşlıq edən “Qartal”Tikinti firması,Azərikimya İB-i,Sumqayıt Dövlət Universiteti,Səhiyyə və təhsil müəssisələri,KİV-n əməkdaslarının adlarını sadalamış,ayrı-ayrılıqda onlara öz minnətdarlıgını bildirmişdi.Sonra QAC Sumqayıt şəhər bölməsi Gənclərinin fəaliyyətinə həsr olunmuş fotoşəkillərdən ibarət slayd QAC nimni sədaları altında nümayiş etdirilmişdir. Nümayişdən sonra bölmə ilə sıx əməkdaşlıq etdiyinə görə bir sıra təşkilatlara, mətbuat orqanlarına və gənc könüllülərə “Təşəkkürnamələr” təqdim etmişlər. Az.QAC rəhbərliyi tərəfindən hazırlanan Fəxri fərman Azərikimya İB-in,”Qartal”Tikinti firmasının,Sumqayıt Dövlət Universitetinin və İdman və turizm baş idarəsinin gənclər təşkilatlarına təqdim olunmuşdur.Bundan əlavə QAC Sumqayıt şəhər bölməsi tərəfindən “İlin ən fəal könüllüsü”və “ən fəal mətbuat işcisi”naminasiyaları üzrə 7 bölmə könüllüsü və 4 rəsmi sayt və qəzet rəhbərlərinə Təşəkkürnamələr təqdim olunmuşdu.Təqdimetmədə Sumqayıt şəhər icra hakimiyyətini nümayəndəsi Fərman Kazımov,” Qartal”

 

Tikinti firmasının prezidenti Şahin Məmmədov,Az.QAC icracı katibinin müavini Bayram Vəliyev və bölmə sədri Mətanət Məhərrəmova da iştirak etmişdilər.Rəsmi hissədən sonra tədbir gənc müğənnilərin və könüllü rəqqas-ların ifaları ilə daha da canlanmışdır.Bayram süfrəsi arxasında əyləşən gənclər bir-birindən rəngarəng musiqi sədaları altında rəqslər etmişlər. Tədbir zamanı maraqlı viktorinalar təşkil olunmuş və qalib təşkilatlara, eləcədə yaxşı rəqs edən iştirakçılara  müxtəlif hədiyyələr təqdim olunmuşdur.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın