Menu
Geri İrəli

“Qurbanlıq ətin bişirilmə qaydasına xüsusi diqqət yetirilməlidir”

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2015 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur
Share Button
“Qurban bayramında qidalanma rejiminə xüsusi diqqət edilməlidir”. Bunu “Report”a həkim-dietoloq Leyla Zülfüqarova deyib.
43933
O bildirib ki, qoyun ətinin tərkibində normadan çox, orqanizm üçün faydalı olmayan doymuş yağ turşuları olur: “Çünki doymuş yağ turşuları gec əriyir. Bunlar da xolesterinin, şəkərin artmasına səbəb olur. Belə hallarda şəkərli diabet, hipertoniya, ürək, qan-damar sistemi xəstəlikləri olan insanların səhhətində problemlər yarana bilər”.
L.Zülfüqarovanın sözlərinə görə, qurbanlıq heyvanlar mütləq yoxlanışdan keçmiş olmalıdır: “Ət kəsilən kimi yemək olmaz, bir neçə saat soyuducuda saxlamaq lazımdır. Sonra bişirmək olar”.
Həkim deyib ki, bu günlərdə əsas diqqət edilməli məsələlərdən biri ətin bişirilmə qaydasıdır: “Qoyun ətindən yemək hazırlanarkən ona yağ əlavə olunmamalıdır. Çünki qoyun ətinin tərkibində yağ var. Ət tikə formasında faydalıdır. Ətin suyu qəbul olunmamalıdır. Qoyun ətinin tərkibində orqanizm üçün faydalı olmayan bir çox toksik (zəhərli) maddələr var ki, bunlar bişən zaman ətin suyuna çıxır”.
Dietoloq qeyd edib ki, əti sobada, soyutma formada bişirmək daha faydalıdır: “Amma Azərbaycanlılar kabab və s. kimi bəzi qızartma və ocaqda bişən yeməklərdən vaz keçə bilmirlər. Bayram günlərində bu yeməkləri normadan çox olmamaq şərti ilə, kiçik porsiyalarla qəbul etmək olar”.
O həmçinin deyib ki, ətli yeməklər qəbul olunan günlər qatıq məhsullarından çox istifadə olunmalıdır: “Qatıq məhsulları orqanizmdə toplanan toksik maddələrdən azad olmağa ən ideal formada kömək edir”.
L.Zülfüqarova bildirib ki, ətli yeməklərin yanında qazlı içkilər olmamalıdır.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın