Menu
Geri İrəli

Rəhbəri Sumqayıt şəhər sakini olan özəl tibb klinikası vətəndaşları aldadırmış -ƏMƏLİYYAT

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Avqust 2013 • Baxış sayı: 2,233 dəfə • 1 şərh

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən paytaxtda fəaliyyət göstərən bir neçə özəl tibb klinikasının vətəndaşları aldatması faktı müəyyən edilib.

DİN-dən APA-ya verilən məlumata görə, keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində Yasamal rayonunda yerləşən “İmedis” klinikasında həkimlərin vətəndaşları aldatması üzə çıxıb.

Belə ki, vətəndaş Cəsarət Baxşəliyev Baş İdarəyə müraciət edərək bildirib ki, “İmedis” klinikasında çalışan həkim Şəlalə Əzimovanın qəbulunda olub və “İmedis Ekspert” aparatı vasitəsilə ona 3 adda parazit qurd xəstəliyinin aşkarlaması barədə diaqnoz qoyulub.

Tibb Klinikasında həmçinin vətəndaşa bildirilib ki, “İmedis Ekspert” aparatı ilə 7 seans biorezonans müalicəsi almalı və bunun müqabilində 160 manat ödəməlidir. Qoyulan diaqnozdan narahat olan şikayətçi yaşadığı ərazidə dövlət xəstəxanasına müraciət edib və ona heç bir qurd xəstəliyinin olmadığı barədə rəy verilib. Bundan əlavə, daha 2 vətəndaş  – Faiq Baxşıyev və Seyfulla Abdullayev də Baş İdarəyə ərizə ilə müraciət edərək “İmedis” klinikasında həkim Şəlalə Əzimova tərəfindən eyni üsulla aldadıldıqlarını və övladlarına düzgün olmayan qurd xəstəliyi diaqnozunun qoyulduğunu bildiriblər.

Baş İdarə əməkdaşları tərəfindən klinikaya baxış keçirilərkən müəyyən edilib ki, Rusiyada istehsal edilən, dəyəri 2500 manat olan “İmedis Ekspert” aparatı ilə həqiqətən müayinə və müalicə aparılır. “İmedis Ekspert” aparatlarının təyinatı ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilib. Alınan cavabda aparatların qeyri-dəqiq, həmçinin qurd xəstəliklərinin müalicəsinin ümumiyyətlə belə avadanlıqlar vasitəsi ilə mümkün olmadığı bildirilib. Bununla da müəyyən edilib ki, klinikanın rəhbəri, Sumqayıt şəhər sakini, 47 yaşlı Leyla Məmmədova və onun həyat yoldaşı, İran İslam Respublikasının vətəndaşı 43 yaşılı Əhəd Abadipəsənd xeyli müddətdir ki, çoxsaylı vətəndaşı bu yolla aldadaraq dələduzluq yolu ilə külli miqdarda pullarını mənimsəyiblər.

Araşdırmalarla daha sonra müəyyən edilib ki, analoji müayinə və müalicə üsulları Bakı şəhərində fəaliyyət göstərən bir sıra klinikalarda da tətbiq edilir. Müəyyən olunmuş cinayət faktı üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

DİN-dən o da bildirilib ki, bəzən oxşar müayinə və müalicə üsulları ilə bağlı əsassız reklamlara KİV-də də rast gəlmək mümkündür. Odur ki, DİN vətəndaşlara tövsiyə edir ki, belə aldatma və dələduzluq halları ilə rastlaşdıqda 102 Xidmətinə, eləcə də (012) 590-39-10, (012) 590-98-58 saylı telefonlara zəng vuraraq məlumat versinlər.

Facebook Şərhləndirmə:

“Rəhbəri Sumqayıt şəhər sakini olan özəl tibb klinikası vətəndaşları aldadırmış -ƏMƏLİYYAT” yazısına bir cavab

  1. Esmira deyir:

    Men bu yaxinlarda Sumqayitda yerleshen Imp;ant ozel tibb merkezinde biorezonans mualice almisham ve aldadilmisham.guya dalga vasitesile parazitler yox olur.eksine bu dalga yox shuadir.menim butun limfa duyun sistemimi pozdu bu aparat limfa duyunleri shishib.bizim tupoy hekimler ise bunun mualicesini de bilmirler.getmeyin bele yerlere,cox yalanci firildaqcilar.

Şərhinizi yazın