Menu
Geri İrəli

Ramil Usubov : “Sumqayıtda törədilmiş cinayətin üstünün açılması üçün bütün qüvvələrimizi səfərbər edirik”

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2010 • Baxış sayı: 406 dəfə • 1 şərh
Share Button

“Sumqayıtda valyutadəyişmə məntəqəsi işçilərinin öldürülməsi ilə bağlı cinayətin üstünün açılması üçün bütün qüvvələrimizi səfərbər edirik”

ramil-usubov3003Bu sözləri daxili işlər naziri Ramil Usubov jurnalistlərə açıqlamasında deyib.

Bununla belə, nazir bu işlə bağlı bu günə kimi real nəticənin olmamasından təəssüfləndiyini bildirib: “Amma əsas odur ki, iş gedir. Biz bütün qüvvələrimizi səfərbər edirik ki, bu cinayətin üstü açılsın”.

R. Usubov qeyd edib ki, son zamanlar bir neçə il əvvəl baş verən cinayət hadisələrinin üstünün aşılmasında böyük irəliləyişlər var: “İctimai rezonans doğuran cinayət hadisələrinin üstünün açılması təmin olunub”.

Nazir onu da qeyd edib ki, Azərbaycanda 1992-ci illə müqayisədə, odlu silahla törədilən cinayətlərin sayı 7 dəfə azalıb. Onun sözlərinə görə, o vaxtdan indiyə qədər vətəndaşlardan 33 mindən çox avtomat, pulemyot, tapança və digər odlu silahlar yığılıb. Onların bir hissəsi könüllü təhvil verilib, bir hissəsi isə məcburi qaydada götürülüb: “Bunların da nəticəsində odlu silahla törədilən cinayətlərin sayı azalıb”.APA

Facebook Şərhləndirmə:
Share Button

“Ramil Usubov : “Sumqayıtda törədilmiş cinayətin üstünün açılması üçün bütün qüvvələrimizi səfərbər edirik”” yazısına bir cavab

  1. Veli Sefereliyev deyir:

    Men Polis akademiyasina bu il daxil olmuwam.Inwallah bele cinayetlerin acilmasinda gelecekde iwtirak edecem.En boyuk arzum akademiyani baw leytenant kimi qutarmaq,Cenab Ramil Usubovla goruwmekdi.Ramil Usubov cenablarindan xalqin bir numayendesi olar memnunam.

Şərhinizi yazın