Menu
Geri İrəli

Rasim Balayevin gözünə nə oldu?

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2012 • Baxış sayı: 197 dəfə • Şərh yoxdur

Mətbuatda Azərbaycanın Xalq artisti Rasim Balayevin səhhətində narahatlıq yarandığı, bu günlərdə gözündən əməliyyat olunacağı barədə söz-söhbətlər yaranıb. 

Sumqayitxeber.com  ANS PRESS-ə istinadən xəbər veriri ki, xalq artisti bununla bağlı açıqlama verib. Rasim Balayev açıqlamasında bildirdi ki, narahatlığa heç bir əsas yoxdur. Gözündə sadəcə sulanma hiss edib və bununla əlaqədar həkimə müraciət edib.“Gözümdə narahatlıq hiss edirəm. Gözümdə sulanma olur. Həkimə getdim, dedilər ki, gözümdəki problemlər yaşlanmağımla əlaqədardır. Ola bilsin ki, gələcəkdə gözümə mirvari suyu gəlsin. Bunun qarşısını almaq üçün əməliyyat olunmalıdır. Amma hələlik əməliyyat barədə düşünmürəm. Lakin əməliyyat da elə bir ağır proses deyil. Cəmi 5 dəqiqəlik əməliyyatdır. Tamaşaçılarıma bildirirəm ki, narahatçılığa heç bir əsas yoxdur”, – deyə xalq artisti bildirdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın