Menu
Geri İrəli

“Romantik”dən oğurluğa cəhd edən sumqayitlı qadın tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Yanvar 2013 • Baxış sayı: 881 dəfə • Şərh yoxdur
Sumqayıt şəhərində mağazadan oğurluq edən qadın tutulub.
Bu barədə Sumqayitxeber.com-a  Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhəri 32-ci məhəllənin ərazisində Ruslan Xarebova məxsus “Romantik” mağazasından geyim əşyasını oğurlamağa cəhd göstərilib. Lakin mağazanın mühafizəçiləri tərəfindən oğurluğun qarşısı alınıb.
Mağazanın mühafizəçiləri geyim əşyalarını oğurlamağa cəhd edən Sumqayıt şəhər sakini Günel Qafarovanı saxlayıblar və işin araşdırılması üçün qadın polis bölməsinə təhvil verilib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın