Menu
Geri İrəli

Rövnəq Abdullayev Sumqayıt stadionunda – FOTOSESSİYA

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2013 • Baxış sayı: 432 dəfə • 1 şərh

AFFA-nın prezidenti Rövnəq Abdullayev Sumqayıtda inşa edilən stadion və məşq meydançalarında görülən işlərlə tanış olub. Apasport.az saytının məlumatına görə, Mehdi Hüseynzadə adına şəhər stadionunun ərazisindəki Sumqayıt İdman Mərkəzində müasir standartlara uyğun süni və təbii ot örtüklü bir neçə məşq meydançası tikilir.

Bununla yanaşı, stadionun əsas meydançası da əsaslı təmir edilir və burada yüksək səviyyəli təbii ot örtüyü olacaq. Assosiasiya prezidenti təmir-tikinti işləri ilə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.

Facebook Şərhləndirmə:

“Rövnəq Abdullayev Sumqayıt stadionunda – FOTOSESSİYA” yazısına bir cavab

  1. Məhəmməd deyir:

    Sumqayıt üçün təqdirə layiq hadisədir.Sumqayıt kimi güclü potensialı olan şəhərin layiqli stadionu yox idi. Bu işdə zəhməti olan insanların hamısına çox sağ ol deyirik.

Şərhinizi yazın