Menu
Geri İrəli

Rusiyalı polislərə Azərbaycanda istirahət etməyə icazə verdilər

Müəllif: Sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2015 • Baxış sayı: 250 dəfə • Şərh yoxdur

1 (1)Qanun keşikçiləri yalnız 30 ölkəyə səfər edə bilərlər.

Rusiyada polislərə xarici ölkələrdə istirahət etməyə icazə verdilər.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, qanun keşikçilərinə yalnız 30 ölkəyə səfər etməyə icazə verilib.

Bu siyahıya dost Belarus və Azərbaycan ilə yanaşı ekzotik Kamerun, Oman və Myanma da daxildir.

Rusiya polislərinə istirahət etməyə icazə verilən ölkələrin ümumi sihahısı isə belədir: Abxaziya, Azərbaycan, Ermənistan, Braziliya, Vyetnam, Dominikan Respublikası, Misir, Hindistan, İndoneziya, İordaniya, Qazaxıstan, Kamboca, Kamerun, Qırğızıstan, Çin, Kuba, Mərakeş, Myanma, Namibiya, Nikaraqua, BƏƏ, Oman, Tacikistan, Tayland, Tunis, Türkiyə, Şri-Lanka, CAR, Cənibi Osetiya.

Siyahıdan göründüyü kimi, qanun keşikçiləri ABŞ, Yaponiya, Avstraliya, Yeni Zellandiya və Avropa ölkələrinə səfər edə bilməyəcəklər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın