Menu
Geri İrəli

Səlahət Ağayev: “Bu sualı baş məşqçiyə verin”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2012 • Baxış sayı: 235 dəfə • Şərh yoxdur

“Sumqayıt”ın və milli komandanızın gənc çərçivə qorucusu Səlahət AğayevSportinfo.Az-a verdiyi müsahibəsində zədəsinin son durumundan, eləcə də komandasının uğursuzn çıxışından danışıb.

 

- Zədən artıq sağalıb?

- Bəli, demək olar sağalıb. Dünən zədədən sonra kollektivlə birgə ilk məşqə çıxdım

- “Rəvan”a qarşı növbəti tur matçında meydançaya çıxa biləcəksən?

- İnşallah hə. Hələ irəlidə daha dörd gün var. Hər şey qaydasındadır. Əgər belə dəvam etsə, “Rəvan”a qarşı çıxış edəcəm.

- Sən olmadığın dönəmdə “Sumqayıt”ın çıxışını necə dəyərləndirərdin? Səncə, yoxluğun hiss olunurdu?

- Xeyr, mənim yoxluğum hiss olunmadı. Mən olmayan müddətdə komanda çempionatda üç oyun keçirdi. Üçündə də Elçin Sadıqov çərçivəni qoruyub və deyərdim ki, mənim yoxluğumu hiss etdirməyib.

- Bəs, “Neftçi” ilə oyundakı 1:8 hesablı acı məğlubiyyət haqda nə deyə bilərsən? Həmin oyunda Anar Məhərrəmov qapıda dayanırdı.

- Bəli, “Neftçi” ilə oyunda çərçivəni Anar qoruyurdu. Çoxu 1:8 hesablı məğlubiyyətə görə, qapıçını günahlandırdı, amma, mən bununla razı deyiləm. Çünki həmin oyunda tək Anar yox, bütün komanda zəif çıxış etdi.

- Sentyabr ayından “Sumqayıt” qələbəyə həsrətdi. Uğursuzluğun bu qədər uzun olmasını nə ilə əlaqələndirərdin?

- Səbəbini bilmirəm. Bəlkə ola bilsin, zədəli oyunçular çox idi. Çünki stabil heyətlə meydançaya çıxa bilmirik.

- Zəif oyununuz buna səbəb ola bilməz? 

- Oyunla bağlı heç nə deyə bilmərəm, bu sualı baş məşqçiyə verin.

- Son turlarda hakim səhvləri çoxalıb. Hakimlikdən narazı olan klublardan biri də “Sumqayıt”dır. Məsələn, AZAL və “Qəbələ” ilə oyunlarda penaltiniz verilmədi…

- Hakimlik bağlı heçnə deyə bilmərəm.

- Bəlkə bütün bunlar hakimlər tərəfindən “Sumqayıt”a qarşı qərəzdi?

- Xeyr, mən elə düşünmürəm. Çünki baxdıq və gördük ki, “İnter”- AZAL oyununda da hakim “İnter”in təmiz penaltisini vermədi. Hər bir insanda səhv olur. Hakim də insandı səhv edə bilər.

 

Əliheydər ZEYNALZADƏ 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın