Menu
Geri İrəli

Bu gün işıqlar yanmayacaq – DƏQİQ SAAT

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Mart 2013 • Baxış sayı: 327 dəfə • Şərh yoxdur
Share Button

Bu il martın 23-də saat 20:30-da Bakıda bir neçə binanın işıqlandırılması bir saatlıq dayandırılacaq.

AZXEBER.COM-un məlumatına görə, bu, İDEA kampaniyasının təşəbbüsü ilə baş tutacaq.

Belə ki, hər il martın sonunda Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən təşkil edilən “Yer saatı” (Earth Hour) aksiyası çərçivəsində müxtəlif ölkələrdə yaşayan milyonlarla insan birləşərək 1 saatlıq elektrik enerjisindən istifadəni dayandırır. Bu aksiya atmosferdə qaz balansının dəyişməsinin ekoloji problemlər yaratmasına, qlobal istiləşmə, iqlim dəyişkənliyi kimi fəsadların meydana gəlməsinə diqqət cəlb etmək məqsədilə keçirilir.

Yer saatı” aksiyasının Azərbaycan üzrə rəsmi tərəfdaşı olan IDEA kampaniyası və Earth Hour Azerbaijan bu il də Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə müxtəlif maarifləndirici tədbirlər keçirəcək.

Martın 23-də Qız qalasının qarşısında start götürəcək aksiya çərçivəsində Alov Qüllələri (Flame Towers), Şirvanşahlar Sarayı, Məhəmməd məscidi də daxil olmaqla paytaxtdakı 10-a yaxın müasir və tarixi binalarının fasad işıqlandırılması bir saatlıq dayandırılacaq.

Xatırladaq ki, “Yer saatı” aksiyası dünyada ilk dəfə 2007-ci ildə Sidney şəhərində keçirilib və təxminən 2.2 milyon insanı əhatə edib. Hazırda “Earth Hour” şəbəkəsi ilə əməkdaşlıq edən ölkələrin sayı 150-dən, iştirak edən şəhərlərin sayı isə 6900-dən çoxdur.

Qeyd edək ki, İDEA kampaniyası ötən ildən “Yer saatı” aksiyasına qoşulub. Kampaniya 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın