Menu
Geri İrəli

Eldar Əzizov səs verdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2013 • Baxış sayı: 206 dəfə • Şərh yoxdur

41 saylı Sumqayıt I Dairə Seçki Komissiyasının 23 saylı seçki məntəqəsində saat 12:05 radələrində səsvermədə 370 nəfərdən çox seçici iştirak edib. Məntəqədə Türkiyədən olan bir neçə millət vəkili seçkinin gedişatı ilə tanış olub. Adana millət vəkili Necdət Ünüvar, İstanbul millət vəkili Belma Satır paytaxt Bakıda bir neçə seçki məntəqələrini izlədikdən sonra Sumqayıt şəhərindəki seçki məntəqələrində müşahidələr aparıblar. Nəzarətçilər ümumiyyətlə hər iki şəhərdə seçici aktivliyinin müşahidə olunduğunu qeyd ediblər.

Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da səsvermədə iştirak edib. Jurnalistlərin suallarını cavablandıran icra başçısı seçkilərin demokratik və şəffaf şəkildə davam etdiyini deyib.

Qeyd edək ki, səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.

sia.az,  Bəxtiyar Məmmədov

eldar eldar-ezizov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın