Menu
Geri İrəli

Şəhər sakinləri qarın yaratdığı problemləri bizə yazdı

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Fevral 2014 • Baxış sayı: 1,205 dəfə • 4 şərh

Sumqayitxeber.com şaxtalı və qarlı havanın yaratdığı problemlərlə bağlı şəhər sakinləri arasında sorğu keçirib. Şəhər sakinləri qarşılaşdıqları problemləri bizə yazıb. Həmin fikirləri olduğu kimi təqdim edirik:

Feyruz Şivəxanov: Yaşadığım binada 20 ildən çoxdur ki, istilik sistemi işləmir və nə vaxt bərpa olunacağını bilmirik. Bu barədə dekabr ayında “Azəristiliktəchizat” ASC-nin sədrinə ünvanladığım sorğuya da hələ cavab verilməyib. Əgər bir şəhərdə çox mənzilli binaların böyük əksəriyyətində istilik sistemi yoxdursa, şəhər sakinləri yalnız elektrik enerjisinin ümidinə qalırsa və elektrik enerjisi də sutkada bir neçə dəfə kəsilirsə, onda bu qarlı, şaxtalı günləri necə keçirdiyimizi təsəvvür etmək çətin deyil.

Pərviz Sadıqov: Bərbad gündədir hər yer. Bakıdan bura gələnlər bizə gülürlər.

Eldəniz Əsədov: İlk dəfədir ki, Sumqayıtda yaşamağıma utandım… Bu nə biyabırçılıqdı? Saray kəndini çıxan kimi bütün yollar təmizlənib amma Sumqayıtda elə bil dövlət qurumları yatıblar.

Afət Yaqubova: Şəhərin küçələrinin qardan təmizlənməməsi və yaranmış bərbad vəziyyətə görə 2 gündür işə gedə bilmirəm.

Pərvin Dadaşov: Biabırçılıqdır, Coratdan Sumqayıta marşurutlar işləmirdi.

Səbinə Nəsirli: Sumqayıt kənddən seçilmir. Hər yer çox bərbaddır. Elə bil böyük şəhər deyil. Heç olmasa işlək yolları təmizləyərdilər. Biraz havalar soyuyan kimi, işıq, qaz, su kəsilir.

Tamerlan Məmmədzadə : Yolları təmizləmirlər. Ancaq sülh küçəsini, mərkəzi küçələri təmizləyirlər. Bu tərəflərdə də insan yaşayır. Bunu da başa düşsünlər.

Anar İmanlı: Məhəllə daxili mağazalara hələ də çörək gətirə bilmirlər. Çünki yollar çox bərbaddır.

Hafiz Atakişiyev: Buzlu yolları yaşlı xalalara, qoca nənələrə təmizlətməsinlər!

Zaur Məmmədov: Sular güclə gəlir, işıqlar tez-tez sönür, yollar buz bağlayıb. Nəqliyyat sisteminin fəliyyəti iflic olub. Qiyətlər qalxıb. Çörək ilk günlərdə çətinliklə tapılırdı.

Murad Salamzadə:  Bir neçə gün fasiləsiz eyni saatlarda enerji verilməsi dayandırıldı, bu gün qazın da verilməsində məhdudiyyətlər yarandı. Yollarda da vəziyyət hədsiz bərbaddır. Yollar şəhər rəhbərliyi tərəfindən yox, günəş şüaları tərəfindən təmizləndi.

Məmmədov Fərid: Yığışıb Sumqayıta bulduzer almalıyıq, yoxsa belə getməz.

Afaq Ramazanova: 4-cü məhəllədə yaşayıram, çox şükür burada heç bir problem olmayıb, amma yollar təmizlənsəydi yaxşı olardı.

Könül Şabanova: Yollar vaxtında təmizlənmir, yollarda həm nəqliyyatın, həm də piyadaların hərəkətində çətinliklər yaranır. Yolların təmizlənməsində yuxarı sinif şagirdlərindən və müəllimlərdən istifadə edirlər. Ölkəmizin üçüncü böyük şəhərinin yollarının təmizlənməsində lazım olacaq qədər işçi yoxdur. İşıq problemi də öz yerində, uzun müddət bir çox yerlərdə elektrik enerjisi olmayıb.

Rəşad Kərimli: Şəhərlə maraqlanan var ki… Yollar bərbad gündədir.” Daş bazarı”ndan “Səməd” marketə kimi yollar tıxacdır.

Anar Qasınmlı:  Sumqayıtın şəhərdaxili yolları bərbad vəziyyətdədir. Səkiləri isə mağaza sahibləri alayarımçıq təmizləyiblər. Çox hörmətli aidiyyatı orqanlar, iş görmürsünüz-görmürsünüz, heç olmasa, kollektivinizi bir araya yığıb, xorla “gün çıx, gün çıx, kəhər atın min çıx” oxuyun…

Samir Məmmədov: Sumqayiıta baxan Yol idarəsində texnika ve təchizat yetərincə yoxdur. Yolların təmizlənməsi üçün normal vəziyyətdə Qreyder texnikalari lazimdir . Sumqayıt şəhərində yalnız normal vəziyyətdə 1 ədəd liugong markali qrader var idi ki, onu da idarə edən orta yaşlı kişi yetərincə qar və buzu asfaltdan təmizləmək üçün təcrübəsinin olmaması açıq görünürdü.  Digər gözə çarpan texnika 50 il bunnan öncə Sovet dönəmində istehsal olunmuş ZİL su avtomobili idi ki, qarşısina bıçaq adi kustar yolla bərkidilmişdi . Zil yalandan qarı sürüşdürərək şəhərin bu yanından o biri tərəfinə aparırdı. Bu da daha da qəzalı və sürüşkən yolların yaranmasına səbəb olurdu. 2-ci gözə Çarpan ZİL idi. O da cəmi bir dəfə gözə dəydi . Arxasında üç nəfər yerə qumla qarışıq duz səpirdilər . Amma sonradan bəlli olduki torpağın tərkibində duz yox idi. Yollarda qalan buzun təmizlənməsi üçün nə duz səpilir nədə ki, gündüz saatlarında günəş şüaları düşən zaman Qreyder ilə buzlar yolların kənarlarına toplanmır ki, həmin JSB lər ilə avtomobillərə yüklənərək küçələrdən daşınsln. Bütün bunlar yerli idarə etmənin və anormal qeyri – sabit hava şəraitində 10 % hazılıq belə görülməməsinin bariz sübutu idi. Digər sahələrdəki suyun donması su xətlərinin yerin altı ilə yox üstü çəkilməsidir və izolyasiya işlərinin aparılamamasıdır.

IMG_2565

Facebook Şərhləndirmə:

“Şəhər sakinləri qarın yaratdığı problemləri bizə yazdı” yazısına 4 cavab

  1. seva deyir:

    Anar Qasımlı , gözəl ideya irəli sürüb.Biz ancaq ümidimizi günəşə bağlamalıyıq. Hər səhər işə gedəndə ağlaya-ağlaya evdən çıxırıq . Səbəb? Buz bağlamış səkilərdə, yollarda necə yürüyəcəyimizi düşünəndə….
    Şəhər rəhbərliyi heç olmasa 1 gün işə avtobusla getsələr, buzlu yollarda sürüşsələr ,bəlkə onda bizim dərdimizi anlayarlar. Ya da ki, şəhərdə “hərəyə bir paçka duz” aksiyası keçirilsin. Yəni hərə keçdiyi yollara duz səpsin. Başqa çarəmiz yoxdur.
    Onsuz da bu qədər sözün heç bir faydası yoxdur.Məktəblərdə hər gün müəllimləri bezdirib yoxlamalar aparırlar. Bəs onların işini kim yoxlayacaq?
     

  2. NNezakNezaket Rebayet deyir:

    sumqayit weher 20 ci mkr erazisinde 3 sutkadir iwiq yoxdur. 30 u sonendir. ilk dunen yanib ve 10 deq. ve indiyeqeder 3 defe 10 deqiqelik muddete yanib ve yene sonub. Sular donub. kombiler iwlemir. donub ve siradan cixib. Yollar hele yagiw iken pis veziyetdedir. oz vesaitimiz hesabina su-qaz-iwiq-yol cekdirmekden yorulmuwuq. Bes bizim guclu dovletimiz hani? uwaqlar 2 sayli mektebde cox vaxt iwiqsiz ve istiliksiz ders kecir.aidiyati strukturlar hara baxir? demekden,zeng etmekden yorulmuwuq. Netice yox. yay toz,susuz.Qiw soyuq ve weraitsiz yollar. Qiwa haziriq deyenler. yeqin ki yalniz oz evlerinizi duwunub deyirsiz. Cunki herenizin evinde iwiq matoru var. Biz ehali ise hemiwe yalniz veteni qorumaga haziriq. normal veziyetde yawamaga ise siz << AIDIYAT QURUMLAR>> bizimcun hec bir werait hazir etmemisiz.! cox teessuf ki,Prezidentimizin bu qeder qaygisi ve diqqetinden sonra,bu qeder ayrilan vesaitlerden sonra bezi qurumlar helede yalniz sozde var. emelleri gorunmu

  3. xatirə Eyvazova deyir:

    Salam. axır ki, bir yer tapıb ürək sözlərimizi yaza bildim. elə bir idarə və təşkilat qalmayib ki, zəng vurmayam. Fövqəladə Hallar Nazirliyinin 112 xidmətində çalışan xanım operatorlar az qala shikayet etdiyimize gore bizi doyeler. men hec gozlemezidm ki bu cür danişıqla onlar əhaliyyə xidmət göstərsinlər. yəqin ki, cənab Kəmaləddin Heydərovun bundan xəbəri yoxdur. Hər il televiziyada dövlət büdcəsindən ayrılan vəsait hesabina yeni texnikalar alınır. bunlar təzə gəlinin cehizləri kimi ancaq anbarlarda və müvafiq yerlərdə saxlanılır. işlənsə xarab olar. bu gun Sumqayıt demək olar ki iflic vəziyyətindədir. əgər Bakı şəhərinə qar belə qar yağsaydı onlar bizi başa düşərdi. Mən u gün çox çalışdım 18 mikrorayon ərazisindən seçilən deputatımız Hacı Salayevin köməkçiləri ilə əlaqə saxlayaq ki, heç olmasa o gəlib bu ərazidəki vəziyyəti görsün. bu da mənə elə gəlir ki qeyri-mümkündür. bir də gələn seçkilərdə binaların qarşısında olan xeyir-şər evlərinə material verib yenidən deputat seçiləcək.
       

  4. Aytac deyir:

    Aidiyyəti qurumlardan soruşsanız deyecekler şeherin mərkəzi küçələri qardan təmizlənib.Amma deməyəcəklərki o küçələri məktəbin müəllim və şagirdləri təmizləyib. Şəxsən özüm şahidi olmuşam ki, direktorlara tapşırılıb ki müəllim və şagirdlər sülh küçəsini təmizləməlidirlər. Hanı şəhərin texnikaları????Bu da müəllimə olan hörmət..

Şərhinizi yazın