Menu
Geri İrəli

Səhiyyə naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2014 • Baxış sayı: 297 dəfə • Şərh yoxdur

5D3_0026Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev iyulun 11-də Sumqayıtda vətəndaşları qəbul etmişdir. Şəhərdəki 1 nömrəli xəstəxanada gün ərzində aparılan səyyar qəbulda Abşeron, Xızı, Siyəzən rayonlarının və Sumqayıt şəhərinin, həmçinin burada məskunlaşmış Qubadlı rayonu sakinlərinin müraciətləri dinlənilmişdir.

Qəbulda, ümumilikdə, 60-a yaxın vətəndaş iştirak etmişdir. Nazir müraciət edən bütün vətəndaşların arzu və istəklərini diqqətlə dinləmiş, onları maraqlandıran suallar cavablandırmış, problemlərinin həlli üçün müvafiq tapşırıqlar vermişdir. Vətəndaşların müraciətlərinin əsas hissəsi sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

Ətrabə Rzayeva, AzərTac

Facebook Şərhləndirmə:

Şərhinizi yazın