Menu
Geri İrəli

Səudiyyə Ərəbistanı 2,5 milyon suriyalı qaçqını qəbul edib

Müəllif: Sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2015 • Baxış sayı: 147 dəfə • Şərh yoxdur
39342Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin rəsmisi Suriyada müharibə başlayandan bu yana 2.5 milyon qaçqın qəbul etdiklərini açıqlayıb.
Bu barədə nazirliyin adını verməyən  rəsmisi Səudiyyə Ərəbistanının “SPA” rəsmi xəbər agentliyinə bildirib. Nazirliyin rəsmisinin açıqlamasında “Suriyalı qardaşlarımıza dəstək olmaq barəsində danışmaq istəmirik, lakin mətbuatın məqsədli xəbərlərinə görə, qəbul etdiyimiz qaçqın sayını açıqladıq” sözləri yer alıb.
“Səudiyyə Ərəbistanı vəziyyəti dini və insani tərəfdən ələ alaraq mətbuatda yer almaq, yaxşılıqları barədə danışmaq istəmir. Qaçqınlara fərqli davranılmır , onları çadırlara  yerləşdirdik.”
Bir çox qaçqına müvəqqəti yaşamaq üçün icazə verildiyini ifadə edən rəsmi, məktəblərdə də 100 min suriyalı şagirdi qeydiyyatdan keçirdiklərini bildirib.
Qeyd edək ki Səudiyyə Ərəbistanı ümumilikdə qaçqınlar üçün 700 milyon dollar xərclədiyini açıqlayıb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın