Menu
Geri İrəli

“SOCAR – Sumqayıt sənaye zonasında illərlə çirklənmiş ərazilərə yeni həyat verir”- TƏQDİMAT

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2013 • Baxış sayı: 862 dəfə • 4 şərh

Dünən  Bakı şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) təşkilatının dəstəyi ilə “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransın məqsədi cəmiyyətin diqqətini neftlə çirklənmiş ərazilərin və ətraf mühitin qorunmasına cəlb etmək, həmçinin məqsəd regionun davamlı inkişafı üçün ətraf mühitin cari vəziyyətini kompleks təhlilini vermək, ətraf mühitin müxtəlif komponentlərinin tədqiqində yeni üsul və texnologiyalardan istifadə təcrübəsini bölüşmək, ətraf mühitin mühafizəsi üzrə təkliflər hazırlamaqdır.

“Azərkimya” İstehsalat Birliyinin müşahidə şurasının sədri, millət vəkili Muxtar Babayevin sədrliyi ilə keçən günün sonuncu sessiyasında “Neft və neft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyası və idarə olunması” mövzusunda müzakirələr aparılıb. M.Babayev Sumqayıt sənaye zonasında illərlə çirklənmiş ərazilərdə ARDNŞ tərəfindən həyata keçirilən ekoloji layihələrdən danışıb. Muxtar Babayevin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

IMG_0627

sumqayitxeber.com saytı M. Babayevin çıxışını təqdim edir:

Hörmətli qonaqlar və Konfrans iştirakçıları!

Xanımlar və cənablar!

Sizi Azərbaycan kimyaçıları adından salamlayır və konfrasın işinə uğurlar arzu edirəm.

Bildiyiniz kimi Ətraf mühitin mühafizəsi, gələcək nəsillərə çatdırılması, onun qorunması sağlam həyat baxımından mühüm əhəmiyyət kəsb edir.

Tullantıların utilizasiya edilmədən ətraf mühitə atılması, kimyəvi çirkab suları tam zərərsizləşdirmədən  birbaşa dənizə axıdılması insanları qlobal ekoloji problemlərlə üz-üzə qoymuşdur.

Əvvəllər ekoloji ziyanlı sənaye obyektlərinin, yalnız istehsal göstərici əldə etmək  prinsipi ilə işləyən müəssisələrin intensiv şəkildə tikilib istifadəyə verilməsi, ətraf mühitin mühafizəsinə isə lazımı diqqətin ayrılmaması və nəticədə istehsalat tullantılarının utilizasiya edilmədən ətraf mühitə atılması Ekoloji problemləri qloballaşdırmışdır.

Bununla da  insanların rifahı naminə, sosial – iqtisadi sahələrdə görülən işlərlə bərabər ekoloji layihələrin paralel aparılmasına zərurət yaratmışdır.

İnkişaf yolunda olan Azərbaycanda, hər sahədə olduğu kimi Sumqayıtın sənaye zonasına və ekoloji problemlərinə daha çox diqqətin ayrılmasını xüsusi ilə qeyd etmək istərdim.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ətraf mühitin mühafizəsi kimi daim diqqət mərkəzində olan ənənəsinə sadiq qalaraq fəaliyyətini davam etdirməkdədir. Yalnız  neft-kimya sənaye zonasında deyil bütövlükdə Sumqayıt şəhəri regionunda da sağlam ekoloji mühitin yaradılması, ətraf mühitin mühafizəsi, miras qalmış ekoloji prob­lemlərin savadlı şəkildə həllinə yönəldilmiş  mərhələli geniş tədbirlər görməkdədir.

Bu gün Sumqayıtda, neft-kimya sənayesindən başqa onun  infrastrukturunu təşkil edən maşınqayırma, metallurgiya, yeyinti və yüngül sənayeləri də  intensiv şəkildə inkişaf etməkdədir.

Azərbaycanın neft-kimya  sənayesi zonası olaraq “kimyaçılar“  şəhəri adlanan Sumqayıt şəhəri, Bakı şəhərindən 30 km məsafədə Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşir.

Sumqayıt şəhərində yerləşən Neft – kimya sənayesini özündə birləşdirən “Azərikimya” İstehsalat Birliyi 2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil oldu.

Son illərdə Ətraf  mühitin  mühafizəsi,  ekoloji  təhlükəsizlik  və  təbii  ehtiyatlardan  səmərəli istifadə çərçivəsində “Azərikimya” İB-də istismara yararlı, mövcud istehsalat qurğularında müvafiq tədqiqat işləri aparılmış və həyata keçiriləcək rekonstruksiya işlərinin istiqamətləri müəyyənləşdirilmişdir.

Rekonstruksiya çərçivəsində qurğularda müasir idarəetmə sisteminin tətbiq edilməsinə və mənəvi-fiziki köhnəlmiş avadanlıqların daha müasir avdanlıqılarla əvəz edilməsinə başlanmışdır.

Bu sahədə Su soyutma qurğusu , azot-oksigen qurğusu tikintisini xüsusi ilə qeyd etmək olar.

Ərazisidə forma­laşan mə­i­şət və kimyəvi-çirkab suların tam təmizlənməsi məqsədilə Etilen və Polietilen istehsalat­larında iki müasir bioloji “Təmizləyici qurğu” sexinin tikintisi planlaşdırılıb.

Görülən tədbirlər nəticəsində təbii resurslardan istifadə minimuma endirilmiş,  qurğulardan atmosferə atılan tullantıların miqdarının normalara uygun olmasına nail olunmuşdur.

Azərbaycanın neft-kimya sənayesini təşkil edən – Sumqayıt sənaye zonasının illərlə toplanmış və ekoloji böhran yaradan  istismara yararsız və mənəvi-fiziki cəhətdən tam köhnə olan avadanlıqlarla  və texnologiya ilə işləyən, dünya standartlarının tələblərinə cavab verməyən və ən önəmlisi ətraf mühitə külli-miqdarda bərpa olunmayan ziyan vuran müəssisələrin istismarı Dövlət Neft Şirkəti tərəfindən mərhələli şəkildə dayandırıldı və demontaj olundu.

Bu qurğuların dayandırılması atmosferə və dənizə atılan  kimyəvi tullantıların  miqdarını əhəmiyyətli dərəcədə azaltmış oldu.

IMG_0578

Ən ciddi və uzun müddət həllini tapmayan ekoloji problemlərdən biri ötən əsrin ortalarından fəaliyyətə başlamış Sumqayıt şəhərinin neft-kimya sənayesi zonasının ərazisində çox miqdarda yığılıb qalmış tullantılar atmosfer havasının xlor, hidrogen-xlorid, ammonyak və s. çirkləndirici maddələrlə çirklənməsinə yol vermişdir.  Köhnə  texnologiyalı istehsalat qurğularının ərazisində civə ilə çirklənmiş sahənin olması, ətraf mühitin civə ilə çirklənməsinə səbəb olmuşdur. Müəssisələrdə bərk sənaye tullantılarının anbarlaşdırma şəraiti olmadığından çox miqdarda sənaye tullantıları Divinil, Sintetik yağ turşusu, Mis-sulfat, Sulfidlər, Kauçuk tullantısı və  84 adda  tonlarla müxtəlif növ kimyəvi tullantılar əraziyə atılmışdır.

Səthi Aktiv maddələr zavodunda fəaliyyət göstərmiş bir çox zərərli istehsalatlar, o cümlədən civə üsulu ilə kaustik soda istehsalı yalnız həmin müəssisə üçün deyil, bütünlükdə Sumqayıt şəhəri üçün ciddi problemlər yaratmışdı.

Zəhərli kimyəvi tullantılarla  çirklənmiş ərazilərin tədqiq edilməsi, qiymətləndirilməsi və sahələrin təmizlənməsi, ətraf mühitin saglamlaşdırılma üzrə proqramının həyata keşirilməsi məqsədilə   «Azərikimya» İB-də «Çirkləndirilmiş əra­zilərdə təhlükə risk­lərinin qiymətləndirilməsi» mövzusunda 3 günlük konfrans ke­çi­rilmiş və Alma­ni­yanın GİCON şirkəti ilə 2 illik saziş imza­lanmışdır.

Qabaqcıl təcrübəyə malik olan Almaniyanın GİCON şirkəti ilə əməkdaşlığı və Alman tərəfdaşları ilə birlikdə çirklənmiş ərazilərin kadastrı tərtib edilmişdir.

Bu tədbirlərin həyata keçirilməsi üçün “Global Alliance on Health and Pollution” (GAHP) təşkilatı ilə “İnsan orqanizmi üçün potensial təsirə malik toksiki çirklənmiş ərazilərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi Proqramı” üzrə əməkdaşlığa başlanmışdır.

Blacksmith İnstitutunun da daxil olduğu “Global Alliance on Health and Pollution” (GAHP) təşkilatı ilə “Azərikimya” İB-nin və Ekologiya İdarəsinin mütəxəssislərindən ibarət işçi qrup yaradılmış, seçilmiş ərazidə moni­torinq və ərazinin qiymətləndirilməsi işləri həyata keçirilmişdir.

Çirklənmiş ərazilərdən təhlükəli tullantılar və çirklənmiş torpaq qısa bir zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli Tullantılar” poliqonuna daşınaraq zərərsizləşdirilmiş və sahədəki torpaqların təbii strukturu bərpa edilmişdir.

İstismarı dayandırılmış zavodların demontaj olunması nəticəsində və torpaqların təmizlənməsindən əmələ gələn xeyli miqdarda civə qablaşdırılaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmaqla, müvafiq qaydada utilizasiya edilmişdir.

“Təmiz istehsalat” proqramının tətbiq edilməsi məqsədilə Azərikimya istehsalat birliyi ilə ARDNŞ-nin Ekologiya idarəsi arasında bağlanmış sazişlə Ekoloji monitorinq Departamenti zavodlarda  ekoloji monitorinq işləri aparmışdır. Atmosfer havasının, torpaqların, qrunt və sənaye sularının vəziyyəti haqda məlumatlar toplanmışdır.

“Tullantının İdarə Olunması Plan”ı hazırlanmış və Tullantının İdarə Olunması sistemi qurulmuşdur.

Tullantılar növünə görə çeşidlənərək ARDNŞ-nin “Tullantı Mərkəzinə”

təhvil verilmişdir.

Dövlət Neft Şirkəti  Sumqayıt sənaye zonasında illərlə çirklənmiş ərazilərdə müvəffəqiyyətli işlər aparmışdır. Nəticədə Atmosferə atılan sənaye tullantıları qısa bir zamanda minimuma endirilmişdir.

Təmizilənmiş ərazilərdə son texnologiyaya malik, modern avadanlıqlarla və idarəetmə sistemi ilə təchiz edilmiş ekoloji təmiz yeni müəssisələrin yaradlılmasına start verilmişdir.

-  təmizlənmiş ərazidə yaradılmış Sumqayaıt Texnologiyalar parkı,

- alternativ enerji mənbələrindən istifadə məqsədilə Azgüntex Günəş Modulları zavodu və Azgüntex LED Lampaları Zavodu

- Ölkədə ərzaq proqramının təminatı çərçivəsində təmizlənmiş ərazidə Azot gübrəsi – karbamid istehsalı,

- Kimyəvi tullantılardan tam təmizlənmiş 167 ha ərazidə yaradılan

Sumqayıt Kimya Sənaye Parkında “Azərtexnolayn” polad boru zavodu,

SOCAR Polimer -polipropilen və polietilen istehsalatları kimi bir neçə müəssisəni misal gətirmək olar.

Nəzərinizə çatdırdığım bu istehsalatlar külli miqdarda kimyəvi tullantılardan təmizlənmiş ərazilərdə Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış istehsalatlardı.

Layihələndirilən  hər yeni istehsalatda ən yüksək standartlar,  ətraf mühitin mühafizəsi norma və qaydaları prioritet olaraq nəzərə alınmaqdadır

_MG_0547

Ekologiyanın öyrənilməsi, ətraf mühitin mühafizəsi və sağlam mühitin bərpa edilməsi proqramı çərçivəsində 2008 -ci ildə tərtib edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji siyasəti” nə uyğun olaraq nəinki kimya sənaye zonalarını əhatə edən ərazilərdə, eləcə də Sumqayıt regionuna aid bütün ərazilərdə abadlaşdırma tədbirlərində yaxından və ardıcıl, planlı şəkildə işlər aparılmaqdadır.

Azərikimya istehsalat birliyinə məxsus hektarlarla ərazilərdə salınmış tingliklər sayəsində  minlərlə müxtəlif növlü dekorativ ağac və kollar əkilmiş və  boş ərazilərdə, magistral yol kənarlarında geniş yaşıl massivlər salınmışdır. Bu işlər fasiləsiz və ardıcıl şəkildə davam etməkdədir.

Bu sahədə geniş miqyaslı ekoloji maarifləndirmə və təbliğat işləri aparılır və bir sıra tədbirlər həyata keçirilir.

Ətraf mühitin mühafizəsi Dövlət Neft Şirkətinin ən prioritet məsələlərindən biridir.

Bununla bağlı əhali arasında ekoloji mədəniyyətin formalaşması, Təbiətə qayğı göstərilməsi, ekoloji biliklərin mənimsənilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilir.

Neft-kimya sənayesinin işçiləri  və şəhərin digər təşkilatları, ali və orta məktəb tələbələrinin iştirakı ilə ətraf mühitin qorunması üzrə müxtəlif səpkidə tədbirlər keçirilir.

Şəhər ətrafı zonalar, dəniz sahili boyu ərazilər tullantılardan təmizlənir və sağlam ekoloji mühit yaradılır. Bu tədbirlər həmdə gənc nəsildə təbiətə sevgi, ekologiyaya diqqət və qayğının göstərilməsində xüsusi vərdişlər aşılayır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən ekoloji tədbirlər şəhərin çiçəklənməsinə və onun sənaye turizm şəhərinə çevrilməsinə öz töhfəsini verməkdədir.

Diqqətinizə görə təşəkkür edirəm!

FOTOLARA BÖYÜK ÖLÇÜDƏ BAXMAQ ÜÇÜN ÜZƏRİNƏ KLİKLƏYİN:

Facebook Şərhləndirmə:

““SOCAR – Sumqayıt sənaye zonasında illərlə çirklənmiş ərazilərə yeni həyat verir”- TƏQDİMAT” yazısına 4 cavab

  1. sevda deyir:

    Hormetli Muxtar muellim zehmet olmasa arada bir vaxtiniz olanda berbad gune qoydugunuz qacqin ailenin eviylede maraqlanin

  2. Jamilia deyir:

    Bes yaxsiliqa dogru hec bir sey deyismeyibdir? Qazovkani yaddan cixardmisiz, Seherimizi o vaxti buruyen tustulere darixmisiq deyesen. Pencereleri acmaqa qorxurduq.

  3. Bagir deyir:

    Menim gardasim oten il eskerlikden qayitdigca Azerkmya yaratdigi peshe mektebinde 6 ay oxudu, isnen hemen temin elediler, sigorta elediler, agir isdedir, amma yaxsida pul verirler. 30 yasim olmasaydi ozumde gedib oxuyub nagdi is tapardim.

  4. Ayten deyir:

    Men uc il ozume is tapa bilmirdim, haralara getmedim, uzulmusdum artiq. 2011 ilde Kimya sirketi élan verdi, getdim imtahana, 25 sual verdiler test usulu ile. Ugurla kecdim, xosbaxtligima inanmirdim, fikirlesirdim ki gohum-tanislari ancaq kece biler. Biliye giymet verirler sirketde. Attestasiya mende gelen il olacag, gorek nece kecejeyem. Bizde cavanlar coxdur, maraqlidir islemeye.

Şərhinizi yazın