Menu
Geri İrəli

Soyuqdan donan Sumqayıtın problemi fotolarda – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2012 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur
Belə düşünməyə sakinlərin Milli.Az-a yazdıqları növbəti şikayət məktubu və vəziyyətin əks olunduğu fotolar əsas verir.
Bir qrup Sumqayıt sakininin məktubunda şəhərin istiliklə bağlı olan problemləri tam çılpaqlığı ilə əks olunub.
Məktubu olduğu kimi təqdim edirik: “Salam hörmətli Milli.Az redaksiyası. Bir neçə həftə öncə Sumqayıtda istilik sisteminin olmaması ilə bağlı sizə məktub göndərmiş, şəhərimizdə artıq 20 ilə yaxındır ki, istilik sisteminin olmadığını demişdik. Siz də bu məsələni araşdırmaq üçün “Azəristiliktəcizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyevlə əlaqə yaratmışdınız. Maraqlı olan budur ki, hörmətli Rafiq müəllim bizim verdiyimiz informasiyanı yalan adlandırmışdı. O hesab edirdi ki, Sumqayıtda istilik sistemi var. Sumqayıtda istilik sisteminin hansı vəziyyətdə olduğunu diqqətə çatdırmaq üçün şəhərdəki bir neçə istixananın fotolarını sizə göndəririk. Fotolar 9, 11 və 13-cü mikrorayonların ərazisində çəkilib. Şəhər istiliklə bu istixanaların köməkliyi ilə təchiz edilir?
Artıq şaxtaların düşməsi ilə bağlı şəhərdə vəziyyət daha da çətinləşib. Sumqayıt sakinləri evlərini qızdırmaq üçün qazdan və elektrikdən istifadə edirlər. Bu da, öz növbəsində, sakinlər üçün bir sıra maliyyə və digər çətinliklər yaradır. Belə ki, hamı evi qızdırmaq üçün qazdan istifadə etdiyinə görə, evlərə gələn qazın təzyiqi aşağı düşür. Elektrik enerjisi də həddən artıq yüklənmə ucbatından tez-tez kəsilir. Xahiş edirik ki, bu məsələni şəhər rəhbərliyi və “Azəristiliktəchizat” ASC-nin rəhbərliyi qarşısında qaldırasınız”, – məktubda deyilir.
Məsələ ilə bağlı əlaqə saxladığımız “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Milli.Az-a bildirdi ki, şəhərin 3, 5, 17, 18-ci mikrorayonları, 6, 8, 10, 12 və 18-ci qarışıq məhəllələri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin ümumilikdə 226 yaşayış binası “Azəristilik” tərəfindən istiliklə təmin olunur.
Xidmət rəisi bərbad vəziyətdə olan istilik sisteminin isə ölkə prezidentinin “2009-2013-cü il Regionların siosial iqtisadi inkişafı” proqramı çərçivəsində mərhələli şəkildə həll olunacağını qeyd etdi.
Onun sözlərinə görə, Sumqayıtdakı bütün binalar 1995-ci il yanvarın 31-də fəaliyyətini dayandıranadək 1 saylı istilik elektrik mərkəzindən istilik alıb. Fotolarda qeyd olunan yerlər istilik məntəqələridir, qazanxana deyil. Həmin məntəqələr modernləşdirilib müasir qazanxanalara çevrilməlidir.
 ““Azəristilik” tərəfindən 10-a yaxın qazanxana yaşayış binaları üçün modernləşdirilərək istifadəyə verilib. Yerdə qalan binalar isə proqrama uyğun olaraq maliyyə təminatı olduqca mərhələli şəkildə həll ediləcək” – deyə R.Əliyev bildirdi.
Anar Məmmədov
Milli.Az
Facebook Şərhləndirmə:

Şərhinizi yazın