Menu
Geri İrəli

Sumqayıt ağsaqqalları nələri müzakirə etdilər?

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Dekabr 2012 • Baxış sayı: 313 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərinin Tarixi muzeyində şəhər ağsaqqallarının Sumqayıtda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə hesabat konfransı keçiril­mişdir.

Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov Şura­nın ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.

Qeyd olunmuşdur ki, şəhər Ağsaqqallar Şurasının üzvlərinin əksər çoxluğunu vaxtilə Sumqayıtın qurulmasında və onun inkişafında xidmətləri olmuş əmək adamları təşkil edir və onlar dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Şura sədri uzun illər Sumqayıtın sənaye müəssisələrində, təhsil və səhiyyə sistemində uğurla çalışaraq hazırda istirahətdə olan şəhər ağsaqqallarına hər cür dəstək olan idarə və müəssisə rəhbərlərinə minnətdarlıq ifadə etmişdir.

Yığıncaqda qarşıda duran məsələlərdən, o cümlədən gələn il keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən geniş söhbət açılmış, iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.

Tədbirdə iştirak edən və şəhər ağsaqqalları ilə görüşən «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatıMuxtar Babayevonların qayğı və problemləri ilə maraqlanmış, onlarla səmimi söhbət aparmışdır.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın