Menu
Geri İrəli

Sumqayıt avtobusları Bakıya buraxılmayacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2014 • Baxış sayı: 2,051 dəfə • 5 şərh

Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının açılışından sonra avtobusların hərəkət istiqamətində dəyişikliklər olacaq. Bundan sonra Sumqayıtdan avtovağzal istiqamətində hərəkət edən ictimai nəqliyyat vasitələri son dayanacağını “Riyad” Ticarət Mərkəzində edəcəklər. Lent.az-ın məlumatına görə, modern.az saytına açıqlamasında Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov da bu variantı istisna etməyib. Onun sözlərinə görə, “Avtovağzal” stansiyasının açılışından sonra nəqliyyatın hərəkət sxemində dəyişiklik olacaq. Tıxacların aradan qaldırılması üçün kompleks tədbirlər planında belə bir müzakirələr var.

“Sumqayıtdan Bakıya axını tənzimləmək üçün həmin istiqamətdə üç zolaqlı xüsusi yol çəkilir. Təbii ki, bu da həmin istiqamətdə tıxacların aradan qaldırılması məqsədilə edilir. Metronun “Avtovağzal” stansiyasının açılışından sonra avtobusların hərəkət istiqamətində dəyişikliklər olacaq. Sumqayıt-Bakı avtobusları “Riyad” Ticarət Mərkəzində dayanacaqlar və oradan Bakı istiqamətinə hərəkət davam etdiriləcək. Təbii ki, bu barədə danışmaq hələ ki, tezdir. Çünki hər bir hərəkət sxemi, elektron xəritə hazır olandan sonra nə isə demək olar. Amma indidən hansı avtobusun harada dayanması ilə bağlı təsdiq olunmuş plan yoxdur. Bəli, tıxacların aradan qaldırılması üçün kompleks tədbirlər planında belə bir müzakirələr var. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik”

baki sumqayit

Facebook Şərhləndirmə:

“Sumqayıt avtobusları Bakıya buraxılmayacaq” yazısına 5 cavab

  1. Dost deyir:

    Narahat olmayın bir manatdan apararam.

  2. Mammadov Ismayil deyir:

    Onda Riyadan 20 yanvara aftobuslar pulsus aparsin milleti bu ki milletin cibine ziyandir sen tixacin yox milletin qayqisina qalin

  3. Əhməd deyir:

    Hörmətli Namiq müəllim xalqı incitmək, onun cibinə girmək üçün Ziya müəlimin daha hansı planları var?

  4. seva deyir:

    Bu pis fikirləri düşünən başlar bir həftə Bakı-Sumqayıt marşrutu ilə ,avtobusla gedib-gəlsinlər . Bəlkə vicdanları oyana.

  5. Fuad deyir:

    bunlar deyir ki, yashama da bu olkede. Harda zibil isler var camaata qarsi yoneldirler

Şərhinizi yazın