Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsinin üzvləri iməcilik keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2015 • Baxış sayı: 576 dəfə • Şərh yoxdur
Share Button

Bələdiyyə işçiləri Sumqayıtla qardaşlaşmış  şəhərin adını daşıyan Çerkassı küçəsində iməcilik keçirib

Xalqımızın və bütün türk dünyasının ən qədim və sevimli bayramlarından olmaqla yurdumuza bahar sevinci gətirən Novruz bayramı ərəfəsində Sumqayıt Bələdiyyəsinin kollektivi  şəhərin gediş-gəlişi çox olan küçələrindən birində – Sumqayıtla qardaşlaşmış Çerkassının adını daşıyan küçədə iməcilik keçirib. Bələdiyyə aparatı işçilərinin, gənc Bələdiyyə üzvlərinin və Bələdiyyənin Təmir-Tikinti İdarəsi kollektivinin fəal iştirakı ilə şəhərdə davam etməkdə olan təmizlik-abadlıq işləri çərçivəsində keçirilən tədbir zamanı küçə boyunca xeyli iş görülmüşdür. Küçədə fəaliyyət göstərən obyektlərin işçiləri də həvəslə iməciliyə qoşulmuşlar.

İməcilik iştirakçılarının səyi ilə küçənin səkiləri və yol boyunca bütün daş-çınqıl və kağız, polietilen tullantıları yığılaraq, şəhərdən kənara daşınmışdır. Küçənin hər iki tərəfindəki ağaclar zövqlə budanmış, dibləri bellənərək yumşaldılmış və sulanmışdır. Gənc Bələdiyyə üzvlərinin təşəbbüsü ilə şəhərin Bələdiyyə parkında ağacların seyrək olduğu yerlərdə çoxlu sayda yeni ağaclar əkilmişdir.

Təmizlik-abadlıq işlərinin səmərəli və keyfiyyətli aparılması üçün kənar təşkilatdan maşın və mexanizmlər cəlb edilmişdir.

Bələdiyyə kollektivi 65 yaşlı doğma şəhərimizin yaşıllığının daha da artırılması, təmizlik və abadlığının qorunub-saxlanması məqsədilə bütün yaz mövsümü ərzində vaxtaşırı olaraq iməciliklər keçirməyi nəzərdə tutmuşdur.

 Orxan MƏMMƏDZADƏ

sumqayit belediyyesi2 sumqayit belediyyesi32

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın