Menu
Geri İrəli

Sumqayıt dindarları Cümə məscidində toplaşdılar – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2013 • Baxış sayı: 277 dəfə • Şərh yoxdur

Sumqayıt dindarları donuz əti yeyən və xalqdan uzaq olan İbrahimbəyov kimilərin prezidentliyə namizədliklərini irəli sürməyə haqlarının olmadığını bildirdilər 

Press24.az-ın bir qədər əvvəl əldə etdiyi məlumata görə, bu gün Sumqayıt şəhər Cümə məscidində dindarların təşəbbüsü ilə yığıncaq keçirilib. Dindarlarin dəvəti ilə tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak edib. Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf ölkəmizdə insanların dini inanclarına böyük hörmətlə yanaşıldığından söz açaraq bildirib ki, dövlət başçısı həm paytaxtda, həm də bölgələrdə məscidlərin tikintisi, bərpası və dini ibadətgahların yenidən qurulması işini şəxsən diqqət mərkəzində saxlayır, tez-tez dindarlarla görüşərək onların arzu və istəklərini dinləyir. Sumqayıt Cümə məscidinin də əsaslı təmirinə, yeni minarənin tikintisinə, Sumqayıtda yaşayan və ibadət edən müsəlmanlara yaradılan şəraitə görə Hacı Rauf dindarlar adından ölkə prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.

Dindarlardan Hacı Rüstəm, Hacı Eldar isə öz çıxışında sumqayıtlı dindarların qarşıdan gələn prezident seçkilərində dövlət başçımız cənab İlham Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər. Digər çıxış edənlər də xalqla heç bir zaman maraqlanmayan, onun etimadını doğrultmayan, müsəlman dininə hörməti olmayan, donuz əti yeyən, xalqdan xəbərsiz şəxslərin prezidentliyə namizədliyini irəli sürməyə haqqı olmadıqlarını bildiriblər.

Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edərək ölkə prezidentinin məscid və ibadətgahlara, o cümlədən dini etiqadla məşğul olan insanlara göstərdiyi diqqət və qayğısından söz açıb.

Sonda dindarların dövlət başçısına dəstəyini və hörmətini ifadə edən müraciət qəbul olunub. Dindarlar şəhər İcra hakimiyyətinin başçısından müraciəti dövlət başçısına çatdırmağı xahiş ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın